İlham Əliyev bu Komitənin tərkibində dəyişiklik etdi (SİYAHI)


                2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunları üzrə Təşkilat Komitəsinin tərkində dəyişiklik edilib.
     Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

     Təşkilat Komitəsinin tərkibi aşağıdakı kimidir:

     Təşkilat Komitəsinin sədri

     Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini;

     Təşkilat Komitəsi sədrinin müavini;

     Azərbaycan Respublikasının gənclər və idman naziri.

     Təşkilat Komitəsinin üzvləri:

     Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini;

     Azərbaycan Respublikası maliyyə nazirinin müavini;

     Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini;

     Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini;

     Azərbaycan Respublikası daxili işlər nazirinin müavini;

     Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini;

     Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini;

     Azərbaycan Respublikası xarici işlər nazirinin müavini;

     Azərbaycan Respublikası səhiyyə nazirinin müavini;

     Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini;

     Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini;

     Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini;

     Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini;

     Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini;

     Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru;
Ətraflı
 

     Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktorunun müavini;

     Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini;

     Heydər Əliyev Beynəlxalq Aeroportu direktorunun müavini;

     "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini;

     "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini;

     Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz” İstehsalat Birliyi baş direktorunun müavini;

     "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti;

     Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti;

     "CBC Sport” televiziya kanalının baş direktoru;

     Oğuz Rayon İcra Hakimiyyətinin başçısı;

     Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini;

     Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini;

     Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini;

     Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini;

     İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini;

     Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini;

     Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini;

     Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini;

     Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini;

     Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini;

     Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini;

     Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini;

     Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini;

     Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini.