Ukrayna prezidentinin təyyarəsi ABŞ-a endi - KİV


                Ukrayna prezidenti Volodimir Zelenskinin olduğu təyyarə ABŞ-da Joint Base Andrews aviabazasına enib.  
     Qaynarinfo xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" FlightAware resursuna istinadən yazır. 
    
Prezidentin A319 təyyarəsinin Şannon (İrlandiya) hava limanından ABŞ-ın Merilend ştatında yerləşən Joint Base Andrews hərbi aviabazasına uçuşu 8 saat 2 dəqiqə davam edib.  

     Eniş yerli vaxtla 17:59-da qeydə alınıb.

     Alpər