NOVOSTNIK

Prezident bu şəxsləri təltif etdi


Prezident İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının təltif edilməsi barədə sərəncam verib.
     Qaynarinfo xəbər verir ki, qərarda bildirilib ki, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin aşağıdakı hərbi qulluqçuları təltif edilir:

     3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə

     Əsgərov Vasif Asif oğlu – polkovnik-leytenant

     Mirzəyev Ruslan Cəmil oğlu – polkovnik-leytenant

     "Vətən uğrunda” medalı ilə

     İsmayılov Ramin Əfsələddin oğlu – polkovnik-leytenant

     Behbudov Nofəl Arif oğlu – mayor

    
"Hərbi xidmətlərə görə” medalı ilə

     Abbasov Hafiz Sakit oğlu – polkovnik-leytenant

     Ələkbərov Eldəniz Yaşar oğlu – polkovnik-leytenant

     Abdullayev Tural Front oğlu – mayor

     Eyvazlı Pərviz Barat oğlu – mayor

     Mayılov Elməddin Nəcməddin oğlu – mayor

     Musayev İlqar Sabir oğlu – mayor

     Heydərov Fuad Abdulla oğlu – kapitan

     Nəcəfov Fadiq İsa oğlu – kapitan.