NOVOSTNIK

"Sea Breeze" Luna Parkda AVMVİB-nin möhtəşəm tədbiri təşkil edildi.


Novruz bayramı ərəfəsində, 16 mart 2025-ci il tarixində  "Circus Sea Breeze" Luna Parkda "Ulduzlar meydanı" MMC-nin və  AVMVİB Sədrinin beynəlxalq əlaqələr üzrə müavini, polkovnik Elmar Hüseynovun, Xeyriyyəçi Əhməd Tağıyevin təşkilatçılığı ilə  AVMVİB-nin 130 nəfər Şəhid ailələri, müharibə əlilləri və müharibə veteranları, onların ailə üzvləri üçün İtalyan Sirk ustalarının  möhtəşəm çıxışı təşkil olundu. Möhtəşəm tədbirin təşkilatçıları "Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva
Oskar mükafatçısı Allahverdi İsrafilov, xeyriyyəçi Əhməd Tağıyev “TƏŞƏKKÜRNAMƏ” ilə təltif olundular.


AVMVİB sədrinin beynəlxalq əlaqələr üzrə müavini, "Azərbaycan bayrağı" ordenli polkovnik Elmar Hüseynov