Şamaxıda sərbəst güləş idman növü üzrə açıq birinciliyi keçirilib
29-may, 14:11 189 Gündəm / Cəmiyyət / BölgəŞamaxı Rayon İcra Hakimiyyəti ilə birgə Azərbaycan Güləş Federasiyasının və Şirvan Güləş Klubunun təsdiq etdiyi əsasnaməyə uyğun olaraq 27-28 may 2022-ci il tarixlərində, Şamaxı Olimpiya Mərkəzində 2007-2009-cu il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə Şirvan Güləş Klubunun açıq birinciliyi keçirilmişdir.
Birincilikdə respublikamızın müxtəlif şəhər və rayonlarından 10 çəki dərəcəsi üzrə 20-yə yaxın komandadan 170 nəfər yeniyetmə idmançı iştirak edirdi. Yarışın açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Olimpiya Komitəsinin “Ədalətli Oyunlar” komissiyasının sədri Xəzər İsayev və Azərbaycan Respublikasının “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, Şirvan Güləş Klunbunun prezidenti Oleq Andreyeviç Krapivin çıxış edərək yeniyetmə idmançılara uğurlar arzuladılar.
Yarış Dünya Güləş Birliyinin qaydalarına uyğun olaraq keçirildi.Yarışın Baş hakimi, Azərbaycan Güləş Federasiyasının nümayəndəsi, beynəlxalq dərəcəli hakim Qərib Əliyev təyin olmuşdur. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın sonunda qalib gəlmiş idmançılar Təşkilat Komitəsi tərəfindən müvafiq diplom, medal və kubokla mükafatlandırıldı.