Əsgərlərin Ad günü keçirildi

28-29 may tarixlərində AVMVİB-nin Nəsimi rayonu veteranları Elmar Hüseynov, Vidadi Ağagülov, İlham Rüstəmov  iş adamları Abdulla Abdullayev və Sevda Zülfüqarlının dəstəyi ilə bir neçə  hərbi hissələrdə ön xəttdə döyüş növbəsi çəkən  əsgərlərin Ad gününü təntənəli surətdə qeyd etdilər. Əsgərlərə qiymətli hədiyyələr təqdim edildi. Tortlar kəsildi. Füzuli Dövlət Dram Teatrının kollektivi müxtəlif tamaşalar və maraqlı konsert proqramları ilə çıxış etdilər. Sonra zabit və əsgərlərlə çay süfrəsi arxasında səmimi söhbətlər oldu.

Fərid Səfərov