İNKİŞAFIN UĞURLU MƏRHƏLƏSİ
15-iyn, 12:37 179 Gündəm / Siyasət / Cəmiyyət / SosialНər bir xalqın gəbcəyi onun təhsil və mədəniyyət sahəsindən, həmçinin bu sahələrdə dünyada baş verən yeniliklərlə ayaqlaşmasından asılıdır. Ötən illər ərzində bu sahələrdə çox mühüm işlər görülmüş və konkret nəticələr əldə olunmuşdur. Belə ki, Bakı şəhərində və regionlarda yeni məktəb binaları tiklmiş, təmirə ehtiyacı olan məktəb binalarında əsaslı təmirlər olunub şagirdlərin istifadəsinə verilmişdir.
Xüsusi istedada malik gənclərin yaradıcılıq potensialının inkişafı və təhsil sisteminin formalaşdırılması üzrə dövlət proqramları təsdiq olunmuşdur. Mədəniyyət abidələrinin qorunması, bərpası və təmiri sahəsində əsası tədbirlər görülmüşdür.
Azərbaycan öz inkişafını müəyyənləşdirərək, demokratiya yolu ilə gedir və bu sahədə böyük uğurlar qazanıb. Ölkəmizdə insan və vətəndaş hüqüqları, söz və mətbuat azadlığı təmin edilib. İnsan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatlarını davam etdirilməsi məqsədi ilə Milli Fəaliyyət Planı təsdiq edilib. İnsanların konstitusyon hüquqlarından istifadə etməsinə lazımı şərait yaradılıb. On minlərlə vətəndaşa şamil edilən əfv fərmanları imzalanıb, amnistiyalar verilib. Vətəndaş cəmiyyəti və hüquqi dövlətin tarazlı inkişafı təmin olunub. Söz və mətbuat azadlığının inkişafı sahəsində ardıcıl addımlar atılır.
Azərbaycanın düzgün və tarazlaşdırılmış xarici siyasət aparması respublikamıza həm qonşu dövlətər, həm dədünyanın bütün ölkələri arasında mehriban dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri yaratmışdır... Bunun nəticəsində ölkəmizdə transmilli iqtisadi layihələr uğurla həyata keçirilir, milli mənafelərimiz beynəlxalq aləmdə uğurla qorunur və ölkəmizin ən nüfuzlu beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil olunur. Bir sözlə məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan dünya birliyinin layiqli üzvünə və region liderinə çevrilmişdir.
Lakin ölkəmizin ən ağrılı problemi Ermənistan-Azərbaycan, dağlıq Qarabağ münaqişəsidir. Azərbaycanın dövlət siyasətinin əsas məqsədlərindən biri münaqişəni sülh yolu ilə tənzimləmək, işğal olunmuş əraziləri azad etmək, dövlətimizin ərazi bütövlüyünü bərpa etmək, Ermənistanın törətdiyi hərbi təcavüzün ağır nəticələrini aradan qaldımıaq və məcburi köçkünləri doğma torpaqlarına qaytarmaqdır.
Qarşıdakı illərdə əsas məqsəd Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına yönəlmiş diplomatik səyləri daha da gücləndirmək, beynəlxalq qurumların imkanlarından maksimum istifadə etməkdir. Eyni zamanda, silahlı qüvvələrimizin daha çevik idarə edilməsi və texniki təchizatının modernləşdirilməsi sahəsində görülən işlər davam etdiriləcəkdir.
Ölkəmizdə qısa müddət ərzində əldə olunmuş böyük uğurların təməlində əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən doyulan və Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən ictimai-siyasi sabitlik və vətəndaş dayanıb.
Xalqımızı “Milli Qurtuluş Günü” münasibəti ilə səmimi qəlbdən təbrik edirik.
Ramiz Hümmətov
31 saylı Notariat Kontorunun Notariusu