Ulu Öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır
15-iyn, 12:43 166 Gündəm / Siyasət / Cəmiyyət Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan bir neçə ildən sonra inkişaf etmiş ölkələrin sırasına daxil olmağa iddialıdır. Respublikanın malik olduğu mövcud potensial Azərbaycanın iqtisadi inkişaf statusunun dəyişməsinə və onun inkişaf etməkdə olan ölkələr sırasından inkişaf etmiş dövlətlər kateqoriyasına daxil edilməsinə imkan verir.
Bu gün iqtisadi cəhətdən özünü təmin edən ölkələrdən biridir və ərazi bütövlüyünün pozulmasına, təcavüzə məruz qalmasına, 1 milyondan artıq qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, hər hansı xarici yardıma ehtiyac duymur. Əksinə, ölkəmiz tədricən donor dövlətə, beynəlxalq miqyasda aparıcı investorlardan birinə çevrilməkdədir. Azərbaycan həm də о azsaylı ölkələrdəndir ki, enerji və nəqliyyat təhlükəsizliyini uğurla təmin etməyi bacarmışdır. Bütün bunların fonunda ölkədə insanların yaşayış səviyyəsinin daim yüksələn xətt üzrə inkişafı, sosial proqramların uğurla icra olunması, maaş və pensiyaların vaxtaşırı artırılması, bu sahədə görülən digər tədbirlər iqtisadi inkişafin həm də vətəndaşların həyatında öz təcəssümünü tapdığını göstərir.
Qarşıya qoyulan hədəflərə nail olunması üçün görülən işlərin miqyası genişləndirilməkdə, innovativ metodlardan istifadə olunmaqda, intensiv üsulların tətbiqinə diqqət daha da artırılmaqdadır. İstər sənaye, istər kənd təsərrüfatı, istərsə də yeni istehsal sahələrinin yaradılması və bu zaman qabaqcıl elmi texnologiyadan istifadəyə xüsusi diqqət yetirilməsi isə iqtisadi inkişafda keyfiyyət amilinin daim ön planda tutulmasını təmin edən əsas amillərdən birinə çevrilmişdir. Bazar iqtisadiyyatı üçün səciyyəvi olaraq qanunvericilik bazasının daha təkmil hala gətirilməsi, müəssisələrin təsərrüfat fəaliyyətində sahibkarlıq subyektlərinə geniş imkanlar verilməsi, mülkiyyətin çoxnövlüyünün təminatı, qiymətlərin, eləcə də xarici ticarətin liberallaşdırılmasına yol açan institusional islahatlar yeni inkişaf mərhələsində Azərbaycana böyük uğurlar qazandıracaq müvafiq bazanın formalaşmasında zəruri rol oynamışdır.
Son illər ölkədə əldə olunmuş dinamik inkişaf Azərbaycanın sosial-iqtisadi həyatında özünəməxsus çəkiyə malik olan Sumqayıt şəhərinin simasında da aydın müşahidə olunur. Gənclər şəhəri sayılan Sumqayıt bu gün həm də möhtəşəm abadlıq və quruculuğun, yenidənqurma işlərinin əsas ünvanlarından birinə çevrilmişdir. Uzun illər boyu Azərbaycanın əsas sənaye mərkəzi olaraq qalan Sumqayıtın qısa zaman kəsiyində həm də geniş quruculuq məkanına çevrilməsinin ən başlıca səbəblərindən biri Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısıdır.
Heydər Əliyev qısa zaman kəsiyində demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində qətiyyətli siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. 1995 ilin noyabrında ümumxalq səsverməsi yolu ilə demokratik dəyərləri özündə əks etdirən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000 illərdə çoxpartiyalılıq əsasında parlament seçkilərinin keçirilməsi, Konstitusiya Məhkəməsinin təşkili, ölüm cəzasının ləğv olunması, mətbuatda senzuranın aradan qaldırılması, yerli özünüidarəetmə orqanlarının - bələdiyyələrin yaradılması kimi köklü islahatlar məhz onun siyasi iradəsi və məqsədyönlü fəaliyyəti sayəsində mümkün olmuşdur.
Heydər Əliyevin "İnsan hüquq və azadlıqlarının təmin edilməsi haqqında" 1998 il 22 fevral tarixli Fərmanı insan hüquq və azadlıqlarının təmin edilməsini dövlət siyasəti səviyyəsinə qaldırmışdır. Azərbaycan 1996-cı ilin iyununda Avropa Şurasında "xüsusi qonaq" statusu almış, 2001 il yanvarın 25-də isə onun tamhüquqlu üzvünə çevrilmişdir.
Beləliklə, göründüyü kimi Heydər Əliyev 1993-2003-cü illərdə öz milli və qlobal düşüncə tərzi, bəşəri fəaliyyəti, müdrik və uzaqgörən siyasəti, unikal liderlik keyfiyyətləri, güclü siyasi iradəsi, xüsusi idarəçilik istedadı və rəhbərlik bacarığı ilə Azərbaycanda QURTULUŞ missiyasını öz üzərinə götürərək, ölkəmizi ciddi təlatümlərdən xilas etmiş və milli dövlət quruculuğu prosesini inamla həyata keçirərək, Ümummilli Lider səviyyəsinə yüksəlmiş görkəmili siyasi və dövlət xadimi, qüdrətli tarixi şəxsiyyət olmuşdur.
Heydər Əliyev öz fitri istedadını, dərin zəkasını, bilik və bacarığını daim bütün azərbaycanlılarının qəlbində yaşayan milli dövlətçilik ideyalarının gerçəkləşməsinə yönəltmiş, öz dövlətini və xalqını zamanın çətin sınaqlarından uğurla çıxarmış və dinamik inkişafını təmin etmiş BÖYÜK AZƏRBAYCANLI olmuşdur.
Əziz xalqım Sizi 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə ürəkdən təbrik edirik.
Elvaris Əliyev
Sumqayıt Şəhər İH-nin Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi