MÜSTƏQİLLİYİMİZİN BANİSİ
15-iyn, 13:04 172 Gündəm / Siyasət / Cəmiyyət90-cı illərin əvvəllərindən fərqli olaraq, bu gün heç kim respublikamızın müstəqilliyi ilə bağlı hansısa bədgüman fikirlərə düşmür, sovet dövrünün "nostalgiyası" ilə yaşamır. Düşünürəm ki, sadaladığım və tam əksəriyyətinə hələ toxıunmadığım uğur və nailiyyətlərin əsasında bir vacib məqam dayanır lider amili! Tarixi gerçəkliklər sübut edir ki, siyasi liderin şəxsiyyətindən və idarəetmə qabiliyyətindən, ilk növbədə, onun rəhbərlik etdiyi dövlətin, xalqın taleyi asılıdır.
Belə liderlər milli dövlətçilik ideyalarının praktik surətdə gerçəkləşməsində mühüm rol oynayır, milli tərəqqi üçün dayanıqlı əsasların müəllifinə çevrilirbr. Нər bir xalqın milli özünü təsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyası da məhz fenomenal liderlərin adı ilə bağlı olur.
Biz azərbaycanlılar üçünsə belə alternativsiz lider məhz Heydər Əliyevdir! XX əsrdə xalqımızın yetirdiyi ən böyük şəxsiyyət olan, ümumiyyətlə isə dünyanın ən böyük azərbaycanlısı sayılan Heydər Əliyevin müdrikliklə müəyyənləşdirdiyi yol Azərbaycanın alternativsiz inkişaf strategiyasına çevrilib. Ümummilli liderlik səviyyəsinə yüksəlmiş bu fenomen şəxsiyyət, ilk növbədə, Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını mükəmməl konsepsiya halına gətirib. Ümummilli lider Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etməklə yanaşı, xalqın və dövlətin ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini irs olaraq müəyyən-ləşdirdi.
Ümummilli lider Heydər Əliyev həmin dövrdə məhz azərbaycançılığı milli ideya kimi irəli sürdü. Dövlət müstəqilliyinin möhkəməndirilməsini və Azərbaycanın davamlı inkişaf yoluna çıxarılmasını həmin ideyanm başlıca konturları kimi müəyyən-ləşdirdi. Bu ideya həm də respublika-nın demokratik, hüquqi, dünyəvi dövlətə çevrilməsi, ərazi bütövlüyü və suverenliyinin bərpası, beynəlxalq miqyasda mənafelərinin etibarlı şəkildə qorunması kimi ümdə məqsədləri ön plana çəkdi. Heydər Əliyevin yüksək dövlətçilik təfəkkürü sayəsində həyata vəsiqə alan azərbaycançılıq ideyası hər bir vətəndaşın maraqlarını özündə ehtiva etməklə, xalqın daimi birliyi və həmrəyliyində vacib amil kimi özünü doğrultdu.
Biz bəzən yanlış olaraq Azərbaycanın uğurlarını, sadəcə, ötən 18 illik dövrlə əlaqələndiririk. Halbuki müstəqillik illərində qazandığımız böyük uğurların əsası hələ ötən əsrin 70-80-ci illərində qoyulub. Bizim nəslin nümayəndələri həmin dövrün reallıqlarını daha yaxşı xatırlayırlar. Bu həmin dövr idi ki, Azərbaycan iqtisadi göstəricilərinə görə keçmiş SSRİ respublikalarından geridə qalır, sahibsiz ölkə təəssüratı yaradırdı. İqtisadi cəhətdən tənəzzül dövrünü yaşayan respublikada mənəvi-psixoloji durum da son dərəcə pisləşmişdi. Vəziyyətdən çıxış yolu kimi 1969-cu ilin 14 iyulunda vətənpərvər və enerjili kadrın-ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə irəli çəkilməsi ümumən xalqımızın taleyində yeni səhifəyə çevrildi.
Xalqımızı “Milli Qurtuluş Günü” münasibəti ilə səmimi qəlbdən təbrik edirik.
Rasim müəllim
Vətənpərvər və xeyriyyəçi iş adamı
"Tac" Ticarət Mərkəzinin rəhbəri