QURBAN BAYRAMINIZ MÜBARƏK!


Əziz Azərbaycan xalqı!

Bütün soydaşlarımızı dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

İnsanları humanizmə, mərhəmətə və vəhdətə dəvət edən Qurban bayramında müsəlmanlar Haqq yolunda, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, Ulu Yaradana yaxınlığın sevincini yaşayırlar.

Bəşər mədəniyyətinin möhtəşəm mərhələsini təşkil edən İslam sivilizasiyası xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi İslam adət-ənənələri və mənəvi-əxlaqi dəyərləri Azərbaycanda hər zaman uca tutulmuşdur.

Əziz bacı və qardaşlar!

Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman övladlarımızın nurlu xatirəsini bu mübarək bayram günlərində dərin ehtiramla yad edirik. Xalqımız şəhidlərimizin şərəfli adını heç zaman unutmayacaq, onların ailələri və qazilərimiz daim diqqət və qayğısı ilə əhatə olunacaqdır. Ölkəmizin rifahı, firavanlığı üçün edilən dualar, torpaqlarımızın işğaldan azad olunmasının doğurduğu Qələbə ovqatı və Allaha şükranlıq hissi ilə kəsilən qurbanlar cəmiyyətimizdə milli-mənəvi həmrəylik ruhunu daha da gücləndirəcək, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir.

Dua və niyyətlərinizin Tanrı dərgahında qəbul olunması diləyi ilə bir daha hamınıza xoşbəxtlik, ailələrinizə əmin-amanlıq, uzun ömür, can sağlığı, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. 

Qurban bayramınız mübarək olsun!


Sadıqov Rəşadət Zülfüqar oğlu

Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu


Bizdə redaksiyamızın kollektivi adından başda Rəşadət müəllim olmaqla Bakı şəhəri 9 saylı notariat ofisinin bütün əməkdaşlarını, eləcə də Ədliyyə işçilərini müqəddəs Qurban bayramı münasibəti ilə ürəkdən təbrik edir, uzun ömür, can sağlığı, firavan həyat və bol ruzi bərəkət arzu edirik. Allah dualarınız və niyyətlərinizi qəbul etsin inşallah.

Qurban bayramınız mübarək!
 
 Mehman Xıdıroğlu

  Məsul katib