“HİPOKRAT andı içənlər”
18-avq, 16:09 189 Gündəm / Cəmiyyət / Bölgə / SosialAzərbaycan dövlətçiliyinin əsasını Azərbaycan vətəndaşı təşkil edir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Heraklitdən (Hipokratın atası), Hipokrtadan üzü bəri inkişaf edə-edə gələn həkimlik. Bu peşə ən ali varlığa – dünyanı idarə edən insana xidmət edir. Sağlam bədən, sağlam gələcəyin bünövrəsidi, sağlam bədəndə, sağlam ruh kəlamı da elə-belədən ortaya çıxmayıb. Həkimlik peşəsi qürur deməkdi, həkim şəfa paylayandı, həkim xoşbəxtlik paylayandı, həkim yaradıcıdı. Hər dövrün istinad etdiyi məbədgahı olub. Tibb elminin “Allahı” sayılan Hipokrat şəfa allahlarına, ilahələrinə and içmişdir; məsləkində düz yoldan çıxmayacağına insanlığa ləyaqətlə qərərsiz xidmət edəcəyinə and içmişdir (düşmən əsgərini sağaltması, Hipokrat haqqında əsatirdən). Bu Hipokratın həkim əqidəsinə olan sədaqət nümunəsi idi. Dəyişən zamandır, əqidə isə dəyişməz qalır. Hipokrat: “Bütün tanrıların şahidliyi ilə and içirəm ki, verdiyim sözə və götürdüyüm öhdəliklərə gücüm, dərrakəm çatdığı qədər əməl edəcəyəm. Bu sənətdə müəllim valideynlərim kimi tanıdıqlarıma axıradək ehtiramla baş əyəcəyəm. Təbabət qanunlarına sadiq olacağıma, hara daxil olaramsa ancaq xəstənin sağlamlığımı düşünəcəyəm”... Əsirlər bir-birini əvəz etmiş Hipokratın adı bütün dünyada bu peşənin embeleminə çevrilmişdir. Dünyanın inkişaf etmiş ölkələrində Tibb Universitetinin məzunları eyni adı müqəddəs qəbul edərək “Hipokrat andı” içirlər.
Hamı bu anda sədaqət sərgiləyə bilirmi? Bir az mübahisəli, bir az şübhəli məsələdi. Hərdən bu andı içənlərdən elə hərəkətlər görürsən dünyanın ən böyük resursu sayılan insanın nəfsə, varlanma ehtirasına necə qurban verildiyi səni məhvərindən çıxardır. Biz son 30 ilin ən fəxarətli dövrünü yaşayırıq. O dövrü ki, dünən ana bətnində bir döl halında olan varlıq dönüb dünyanın xilaskarına çevrilir. Poladlara, Şükürlərə, Ruslanlara, Muxtarlara, Turallara, Həmidağalılara... çevrilir. Bax, bu bizim gələcəyimizdir. Biz bunu etməliyik. Gələcəyin məhvərini indidən qurmalıyıq. Sağlam körpə, sağlam gələcək. Bu hər bir həkimin vicdan borcu, şərəf andı olmalıdır. Bu sözlərlə mən heç kimi ittiham etmək fikrində deyiləm. Heç kimə əxlaq dərsi keçmirəm, bu fikrim də yoxdur. İnsan ali təhsili alırsa, hər hansı peşəyə sahiblənirsə bu peşəni daxilindən gələn sevgi vicdan səsiylə sevməlidi.
Nəzərinizə bir şikayət ərizəsini çatdırmaq fikrindəyəm:
Mental qanunlarımıza əsasən şikayətçinin gənc ailə olduğunu nəzərə alaraq özünün istəyi ilə məxfiliyi qoruyub saxlayırıq.
Bu həyatını, gəncliyini övladlarına, onların gələcəyinə həsr etmiş sadə, cəfakeş, zəhmətkeş bir Azərbaycanlı qadının, ananın ürək ağrıdan şikayətidi. O, bilir ki, tək deyil. Azərbaycanın hər bir evdə qayğısı, diqqəti görünən qabiliyyətli Oğlu-Prezidenti var. Onun ədalətindən hamıya pay düşür. Hər sözü yerində, məntiqlə işlədən, sonsuz intellekt sahibi, böyük diplomat, lakin bununla yanaşı İlahi ədaləti hər şeydən üstün tutan əxlaq sahibi. Öz ifadəsi ilə “Azərbaycan dövlətçiliyinin bünövrəsində Azərbaycan vətəndaşı və vətəndaşlıq resursu dayanır”. Qaldı bizə, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinə, öz çıxışlarışlarında dəfələrlə “Mən bilmədiklərimi, respublikada baş verən neqativləri sizdən öyrənirəm”. Bu köməyinizə görə sizə minnətdaram...
P.S. Bu ərizənin izi ilə çox məqamlara aydınlıq gətiriləcək. Şikayətçi tərəfin əlində olan dəlil-sübutlar heç bir qərəz güdmədən, ədalətin bərpa olunması üçün ortaya qoyulacaq. Gündəmdə bir körpə həyatı söhbət mövzusudu...
Mövzuya qayıdacağıq...
L.Muradxan
“XezerTV.info”