Birinci xanım Mehriban Əliyeva - bu birinciliyin əsas missiyası dövlətə, vətənə və xalqa sədaqətlə xidmətdə qərarlaşıb
25-avq, 11:03 170 Gündəm / Cəmiyyət / SosialAzərbaycanın Birinci xanımı Mehriban Əliyeva – bu birinciliyin əsas missiyası dövlətə, vətənə və xalqa sədaqətlə xidmətdə qərarlaşıb. O, Azərbaycan qadınının kimliyini dünyaya uğurla təqdim edir. Bu kimliyin əsasında isə canı qədər sevdiyi Azərbaycanın yüksəlişi, onun beynəlxalq miqyasda uğurlu təqdimatı, doğma xalqının rifahı dayanır.
Birinci xanım statusunu insanların problemlərinə kömək üçün fürsət kimi dəyərləndirən Mehriban Əliyeva ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. Təsdiq edir ki, Birinci xanım təkcə həyat yoldaşı deyil, dövlət başçısını xarici və ölkədaxili səfərlərdə sadəcə müşayiət etmir, bu status onun üzərinə çox mühüm vəzifələr qoyur və o, bu vəzifələrin öhdəsindən məharətlə gəlir...
1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradan Mehriban xanım Əliyeva xalqımızın maddi-mənəvi sərvətlərini tanıtmaq yolunda nəcib işə başlayır. Fəaliyyətinin mühüm göstəricisi isə rəhbərlik etdiyi Heydər Əliyev Fondunun timsalında əks olunur. O, diqqəti təhsilə, məktəbə, səhiyyəyə, uşaqların sağlamlığına, mədəniyyət proqramlarına yönəltdi. Məktəb tikintisi layihələri, məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, uşaq evləri, internatların inkişafına dəstək proqramı, yeni uşaq tərbiyə müəssisələrinin inşası bu sahədə ciddi keyfiyyət dəyişikliyi yaratdı. Birinci xanım valideyn himayəsindən uzaq uşaqlara sosial himayəni ənənə halına saldı, ölkədə xeyriyyəçilik hərəkatına canlılıq gətirdi, Heydər Əliyev Fondunu nəinki Azərbaycanda, dünyada xeyirxahlıq və mərhəmət ünvanına çevirdi.
Azərbaycan mədəniyyətinin, musiqisinin, mədəni irsimizin, adət-ənənələrimizin qorunması, dünyada geniş təbliği Mehriban Əliyevanın ali məqsədləri sırasındadır. Onun çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer alır, muğam dünya musiqisinə çevrilib...
Birinci xanım ölkəmizdə ziyarətgahların, məscid və ibadətgahların, dini abidələrin bərpası və tikintisinə böyük dəstək göstərir, tolerantlığın və mədəniyyətlərarası dialoqun təbliğinə böyük töhfələr verir, onun təşəbbüsü ilə kilsə və sineqoqların bərpası uğurla həyata keçirilir.
Müxtəlif ölkələrdə irimiqyaslı humanitar, sosial layihələr, beynəlxalq səviyyədə dünya irsinin mühafizəsinə, tarixi abidələrin bərpasına böyük dəstəyi isə Birinci xanımı Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevirib.
Onun güclü təşkilatçılıq bacarığı ölkəmizdə keçirilən qlobal tədbirlərin təşkilində də xüsusi rol oynayıb. I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi fədakar əməyi Birinci xanımı xalqın gözündə bir daha ucaltdı. Bu, özünü IV İslam Həmrəyliyi Oyunlarında da göstərdi.
Onun fəaliyyətinin təməlində millətə layiqli xidmət məramı dayanır. Buna görədir ki, 2017-ci ilin fevralında Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi ölkədə çox müsbət qarşılandı. Bu təyinatdan dərhal sonra daha qətiyyətli işlərə başladı, ilk müşavirəsini qaçqın və məcburi köçkünlərin problemlərinə həsr etdi, əsas diqqəti bu problemlərin həllinə yönəltdi.
Vətən üçün canını qurban verən şəhidlərin məqamı onun üçün də ucadır. Birinci vitse-prezident şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərir, Azərbaycanın müstəqilliyinin qorunması yolunda yaralanan zabit və əsgərlərimizin sağlamlığının bərpası üçün mühüm tədbirlər görür.
O, həm də gözəl həyat yoldaşıdır – ailəsinə yetərincə diqqət ayırır, Anadır – layiqli övladlar tərbiyə edir, nəvələrinin qayğısını çəkir...
Onun şəxsiyyəti və fəaliyyəti dünyanın da diqqətindədir. UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi şərəfli adlara layiq görülməsi də bu diqqətin təzahürüdür. Parlaq uğurları layiq görüldüyü saysız-hesabsız nüfuzlu mükafatlarda da əks olunur. O, siyasət adamıdır, amma onun üçün ən böyük siyasət insanların xoşbəxtliyi yolunda fədakarlıq göstərməkdir. Özünün dediyi kimi, ən böyük mükafat isə insanların hörməti və sevgisidir...
Yalnız səmimi vətənpərvərlik hissi, vətən sevgisindən qaynaqlanan təmənnasız pak hislər insanı kamilləşdirir, xalqının və dövlətinin gələcək inkişafına təsir baxımından müstəsna əhəmiyyətli işlər görür. Bu baxımdan Birinci xanım Mehriban Əliyevanın apardığı islahatlar bu gün xalqın rifah halının yaxşılaşmasına aparan nurlu yolun başlanğıcıdır ki, onun da səmərəsi göz önündədir. Böyük işlər və nəcib əməllər sahibi Mehriban xanım Əliyeva ad gününüz mübarək!
Cəbrayıl Xanlarov
FHN, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi