QALİB SƏRKƏRDƏ, SİYASİ LİDER
30-avq, 12:52 179 Gündəm / Siyasət / CəmiyyətTarix yazan Sərkərdə-Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev, xalqın inamını özünə qaytardı, xalqımızın qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Bizim Prezidentimizin və Milli Ordumuzun sayəsində dünya gördü ki, məğlubiyyətlə heç vaxt barışmayan Azərbaycan xalqı öz qələbəsini döyüş meydanında əldə etməyə qadir idi və bunu da etdi.
Qələbələrin memarı-Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfər edərkən Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişinin inşasına start verilmiş layihənin icrasının gedişi ilə tanış olublar. Qarabağın tacı olan Şuşa şəhərinə aparan əhəmiyyətli yolun təməlinin qoyulması ilə, eyni zamanda Füzuli və Cəbrayıl şəhərləri işğaldan azad olması, Azərbaycanın Dövlət Bayrağının ucaldılması ilə əlaqədar bütün Azərbaycan xalqını təbrik etdilər.
Cənab Prezident, qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda, Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırdı və bu görüntülər Azərbaycanın müasir tarixinin ən möhtəşəm səhifələrindən biridir!
Artıq dünya görür, hansı vəhşi düşmənlə üz-üzə qalmışdıq, işğal edilmiş və işğaldan azad olunmuş torpaqlarda şəhərlərimiz yerlə-yeksan edilib, düşmən bütün infrastrukturu dağıdıb.
Cənab Prezident İlham Əliyevin xalqa müraciətində bildirdi ki, erməni vəhşiliyinə, varvarlığına layiqli cavab veriləcək, torpaqlarımıza tezliklə böyük qayıdış başlayacaq-məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdacaq, o yerlərdə geniş abadlıq quruculuq tədbirləri həyata keçiriləcəkdir.
Bununla yanaşı, hər bir şəhər üçün xüsusi böyük baş plan tərtib ediləcəyi haqqında Ali Baş Komandanımız tərəfindən müvafiq göstərişlər verilib. Burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları - bütün infrastrukturun yaradılması, küçələr, parklar, xiyabanların salınması, bütün şəhərlərdə qələbə abidələrin ucaldılması yaxın gələcəkdə gerçəkləşəcək. Doğma Qarabağımıza yenidən həyat qayıdacaq, Azərbaycan xalqı öz multikultural dəyərlərini yenidən yaşadacaq və tolerant inanclarına sadiq qalacaqdır.
Biz bundan sonra qürur hissi ilə - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi yaşayacağımızı vurğuladı.
Azərbaycanın İkinci Qarabağ, 44 günlük Vətən müharibəsi zamanı möhtəşəm qələbə qazanması, uzun illərdən bəri Ermənistanın işğalı altında olan tarixi torpaqlarımızın azad olunması , ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi, heç şübhəsiz, xalqımızın çoxəsirlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Həmçinin bu qələbə qonşusunun torpağına göz dikən, xalqımızın humanistliyindən, qonaqpərvərliyindən, etimadından, etibarından sui-istifadə edən ermənilərin iç üzünü, əsl simasını dünyaya bir daha göstərdi. Hər kəs gördü ki, ermənilər yalan iddialarla bəşəriyyətə fəlakət və bəla gətirən faşist ideologiyasını utanıb çəkinmədən həyata keçirirlər. Bir daha dünyaya məlum oldu ki, tarix boyu ermənilər azərbaycanlılara və türklərə qarşı amansız olmuş, insanlığa sığmayan terror aktları, dəhşətli soyqırımları törətmişlər. Bu millətin mayası sanki qəddarlıqdan tutulmuşdur. Ağsaqqala, ağbirçəyə, azyaşlı uşaqlara belə rəhm etməyən ermənilərin törətdikləri vandal aktları alman faşizmini də kölgədə qoymuşdur.
Yaşanan dəhşətli hadisələr bütün dünyanı sarsıtsa da, xalqımız döyüş ruhunu, birliyini və iradəsini itirməyərək daha da əzmlə və mərdcəsinə Ali Baş Komandanı və ordumuzu dəstəkləməyə davam etdi. Həyatını itirmiş mülki həmvətənlərimizin qisasını isə rəşadətli ordumuz döyüş meydanında müvəffəqiyyətlə aldı. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və Böyük Zəfərimizi xalqımızın tarixinə həkk etdi.
YUSİBOV YUSİF ƏMİRALI OĞLU
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN REKTORU
Kimya elmləri doktoru, professor