Yaşasın müzəffər xalqın, müzəffər ordunun müzəffər Ali Baş Komandanı İlham Əliyev…
30-avq, 14:35 168 Gündəm / Siyasət / Cəmiyyət30 ildir həsrətində olduğumuz Qarabağın işğaldan azad olunmasına yönəlmiş fəaliyyətimiz, sentyabr ayının 27-dən başlayan “Dəmir Yumruq” əməliyyatı – 44 günlük Vətən Müharibəsi noyabr ayının 10-da Azərbaycan-Ermənistan arasında bəyanatın imzalanması ilə nəticələndi. Belə ki, müzəffər Azərbaycan Ordusu erməni silahlı qüvvələri və Qarabağda formalaşan terror qruplaşmalarını darmadağın etdi. “Dəmir Yumruq” əməliyyatı ilə Azərbaycanın yeni tarixi yazıldı.
“Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən Müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük Qələbə müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqidir. Eyni zamanda bu qələbə qüdrətli Ordu ilə yanaşı, Azərbaycanın iqtisadi və siyasi iradəsini də bütün dünyaya nümayiş etdirdi. Son 17 il ərzində Azərbaycanın iqtisadi qüdrətinin artması güclü ordu quruculuğuna da böyük dərəcədə təsir etdi. Azərbaycanın Vətən müharibəsi zamanı möhtəşəm qələbə qazanması, uzun müddətdir ki, Ermənistanın işğalı altında olan torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi, heç şübhəsiz, xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Qüdrətli Azərbaycan Ordusunun 44 günlük Qələbə yürüşü nəticəsində yazılan şanlı qəhrəmanlıq dastanı unudulmaz Zəfər salnaməsi olmaqla yanaşı, dünya hərb tarixinə düşən unikal nümunədir. Əlbəttə, ölkəmizin bu tarixi nailiyyəti təsadüfi xarakter daşımır və ötən müddət ərzində həm ordu quruculuğu sahəsində, həm diplomatiya cəbhəsində görülən işlərin, eyni zamanda, beynəlxalq informasiya müstəvisində Azərbaycan reallıqlarının sistemli və məqsədyönlü şəkildə təbliğinin nəticəsidir.
Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev tarixi əks-hücum əməliyyatının başladığı ilk andan hadisələri diqqətdə saxladı, gecə-gündüz cəbhə xətti ilə əlaqə saxladı, ordumuza, komandirlərə bütün gərəkli göstəriş və əmrləri verdi, şanlı Ordumuzu öz ətrafında sıx birləşdirdi. Bəli, biz tarixçilər, alimlər də, şanlı Zəfərə öz elmi münasibətimizi bildirməliydik. Postmüharibə dövründə olsaq da, müharibənin səbəbləri, müharibənin gedişatı, 30 illik işğala 44 gün kimi qısa bir müddətdə son qoyulması, əks-hücumdan sonra müdafiə olunmağa çalışan düşmənin daha çox itkilər verməsi və müharibə başa çatsa da hələ də müəyyən revanşist çağırışlar eşitməyimiz alimlərin, araşdırmaçıların mövzuya elmi baxışını zəruri edir. Ordumuz hərb meydanında, diplomatlarımız beynəlxalq danışıqlarda, biz alimlərsə elm cəbhəsində öz sözümüzü deməli, xidmətimizi göstərməliyik. Əgər bu bu vəzifəni yerinə yetirə bilmişiksə, çox xoşbəxtik.
“Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq”.Azərbaycan xalqı və şanlı ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 44 günlük II Qarabağ müharibəsində möhtəşəm qələbə qazandı. Bütün xalqımız kimi Azərbaycan yazıçılarının da 30 ilə yaxın zaman müddətində qəlbində daşıdığı acı, nisgil, həsrət, nəhayət, sona yetdi.
Şamil Heydərov
Çin Karqo" şirkətinin rəhbəri