Qanun və İcra verlişi 10 -cu sezonuna başladı

Dünya tv kanalında peşəkar hüquqşunas Əkbər Yusifoğlunun aparıcısı və layihə rəhbəri olduğu Qanun və İcra verlişi  yeni sezonda tam yeni formatda sizlərin görüşünə gələcək.  Peşəkarlardan ibarət bir komanda ilə daima xalqın xidmətində olmuş  Qanun və İcra verilişinin komandası  öz mssiysına sadiq qlaraq hüquqi məsələlərlə bağlı problemi olan vətəndaşları marifləndirməklə maksimum səviyyədə yaranmış problemin həlli yollarını vətəndaşlara göstərməyə davam edir. Maraqlı hüquqi diskusiyalardan ibarət olan veriliş həmişə xalqımızın rəğbətini qazanmışdır. Bir çox mülki, ailə  nigah və digər məsələlərin hüquqi müstəvidə sadə və asan yolla həll olunması  yönümündə Qanun və İcra verilişinin Əkbər müəllim başda olmaqla peşəkarlardan ibarət komandası içtimaiyyətə doğru düzgün yol göstərmişdir. Bu kimi xidmətlərin təzahürüdür ki veriliş Azərbaycan tamaşaçısının illərdir ki rəğbətini qazanmışdır. Hər sahədə olduğu kimi Vəkillər Kollegiyasında Anar Bağırovun rəhbərliyi altında  köklü dəyişiklik aparılmışdır. Gənc Hüquqşunaslara lazımı köməklik göstərməklə yanaşı bir çox soaial layihələrin təşkikatçısı və rəhbəri Anar Bağırovun xüsusi xidmətləri danılmazdır. Qanun və İcra verilişində Vəkillər kollegiyasının üzvü olan  bir çox vəkillərin iştrak etməsində bizə yaxından köməklik edən Kollegiya sədri Anar Bağırova Əkbır müəllim xüsusi təşəkkürlərini bildirdi. Verilişin layihə rəhbəri və Aparıcısı Əkbır müəllim onu da qeyd etdi ki Anar Bağırovun Kollegiyaya rəhbərliyindən sonra Azərbaycan Vəkilləri nəinki ölkəmizdə həmçinin ölkəmizdən kənardada yüksək nüfuz və hörmət qazanmışlar.  
Biz də sayt olaraq qeyd etmək istəyirik ki vəkillik inistitutu Anar Bağırovun rəhbərliyindən sonra xalqın böyük  inamını qazağnmışdır.
Hörmətli saytımızın izləyiciləri və Qanun və İcra nın tamaşaçıları: Diqqətinizə çatdırırlq ki Qanun və İcra verilişi Dünya tv kanalında hər həftənin şənbə günü 15:00 dan 16:00 dək canlı yayımlanacaqdlr. Diqqətinizə çatdırırıq ki verilişin qaynar xəttə də fəaliyyət göstərir. Sozləri maraqlandıran hər hansı bir hüquqi məsələ ilə bağlı suallarınızı aparıcıya təqdim edə bilərsiniz.
Qanun və İcra verilişi olaraq maksimum səviyyədə suallarınızı cavablandıracağıq.

Fərid Faiqoğlu
AJB-nin üzvü