“QÜRURLU QAYIDIŞ”
30-sen, 16:03 174 Gündəm / Cəmiyyət / SosialMüstəqil Demokratik Azərbaycan Respublikasının banisi Ümummilli Liderimiz, Dahi Şəxsiyyət Heydər Əliyevin şah əsəri olan, Yeni Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev beynəlxalq diplomatik və siyasi fəaliyyəti nəticəsində Müzəffər Azərbaycan ordusunun döyüşkənlik qabiliyyəti və rəşadəti ilə Qarabağ torpaqları işğaldan azad olundu. Azərbaycanın haqq səsini bütün dünyaya bəyan edən Ali Baş Komandan İlham Əliyev 44 günlük haqq savaşından üzü ağ çıxan xalqımıza sevinc bəxş edərək 30 ilin həsrəinə son qoyaraq Qarabağımıza yeni nəfəs gətirdi. Şəhidlərimizin qanı ilə suvarılan Qarabağ torpaqlarına bahar günəşi doğdu. Üzeyirin nəfəsi, Bülbülün səsi, əsarətdən çıxan Xarıbülbülüm azadlığa qovuşdu. Şuşada yanan bahar tonqalından çıxan hər bir qığılcım böyük alova çevrilərək Azərbaycan haqqında məkirli fikirdə olan iri dövlətlərin pis niyyətini puça çevirdi. Başımıza tac, üzümüzə nur şəhidlərimiz Azərbaycan xalqının qəlbində əbədi məşəl olaraq heç bir zaman sönməyəcəkdir.
Qarabağ-Azərbaycandır!
Fazil Nəhmətov
Sumqayıt şəhər 1 saylı Vəkil
Bürosunun rəhbəri