Dünya, Ana və Uşaqlar” İctimai Birliyi Astara rayonunda erkən nikahın qarşısının alınması sahəsində tədbir həyata keçirmişdir.
02-noy, 21:51 157 Gündəm / Cəmiyyət“Dünya, Ana və Uşaqlar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-
Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Erkən nikah –
ailə genefondu təhlükə ilə üz-üzə” adlı layihəsi çərçivəsində Astara rayonunda tədbir
keçirmişdir.
Tədbiri giriş sözü ilə açan “Dünya, Ana və Uşaqlar” İctimai Birliyinin sədri
Dünyaxanım Əliyeva layihənin əsas məqsədi, qarşıya qoyulmuş vəzifələr, ölkəmizdə
erkən nikahın qarşısının alınması sahəsində qeyri-hökumət təşkilatlarının rolunu qeyd
etmiş, dövlətin sosial sahədə apardığı siyasətin əsas istiqamətlərindən biri olduğunu qeyd
etmişdir.
Layihəyə cəlb olunmuş ekspert, Azərbaycan Respublikasının Vəkillər
Kollegiyasının üzvü, vəkil Araz Nurməmmədov erkən nikahın qarşısının alınması üçün
gənclərin ali və peşə təhsilinə yönləndirilməsinin vacib olduğunu, valideynlər və
müəllimlərin gənclərin təhsil və tərbiyəsinə xüsusi qayğının zəruri olduğunu qeyd
etmişdir. Tədbir interaktiv formada və müzakirə xarakterli olmuşdur. Belə ki, tədbir
iştirakçıları erkən nikahın qarşısının alınması sahəsində tədbirlərin keçirilməsinin zəruri
olduğunu, keçirilmiş tədbirlərin erkən nikahın qarşısının alınmasına müsbət təsirindən
söz açmışlar. Astara rayonunda son vaxtlar erkən nikah probleminin qismən aradan
qaldırılmış olması, gənclərin təhsilə yönləndirilməsi istiqamətində dövlətin apardığı
islahatlardan öz razılıqlarını ifadə etmişlər.