“UĞUR KLİMA VENT” MMC-nin direktoru Hacı Əlikram Məmmədov 8 noyabr “Zəfər Günü” münasibəti ilə xalqımızı təbrik etdi
06-noy, 14:04 169 Gündəm / Cəmiyyət / Sosial“Xezertv.info” xəbər verir ki, “UĞUR KLİMA VENT” şirkətinin direktoru Hacı Əlikram Məmmədov xalqımızı 8 noyabr “Zəfər Günü” münasibəti ilə təbrik etdi. Təbrikdə deyilir: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının başçılığı ilə “Dəmir Yumruq” əks-hücum əməliyyatı şanlı ordumuzun igid əsgərlərin şücaəti nəticəsində, 44 günlük haqq savaşında Azərbaycan xalqının sarsılmaz birliyi, Azərbaycan Prezidentinin dəmir iradəsi və Azərbaycan Ordusunun yenilməz gücü qarşısında düşmən diz çökərək təslim oldu. Xalqımızın 30 illik həsrətinə son qoyuldu. Respublikamızın ərazi bütövlüyü bərpa olundu. Şəhidlərimizin qisası alındı. Bu günlər xalqımız böyük qələbənin xoşbəxtliyi və sevincini yaşayır.
Şəhidlərimizin müqəddəs ruhlarını anaraq, qalib xalqın və dövlətin bir nümayəndəsi olmağın qüruru ilə sizi 8 noyabr “Zəfər Günü” münasibətilə təbrik edirəm. Sizə can sağlığı, xoş və firavan günlər, xalqımıza sülh və əmin-amanlıq arzulayıram.
Zəfər bayramınız mübarək!
Eşq olsun Azərbaycan xalqına!
Yaşasın Azərbaycan!
Yaşasın Ali Baş Komandan cənab İlham Əliyev!
PS: Vətən, dövlət darda olanda həmişə elimizin vətənpərvər oğulları istər Azərbaycanda, istərsə də xaricdə yaşamalarına baxmayaraq xalqına, millətinə dəstək durmuşlar. Dünyanı bürüyən pandemiya dövründən başlayaraq 44 günlük haqq savaşı dönəmində xeyirxah oğullarımız özlərinin şəxsi büdcəsi hesabına şəhid ailələrinə, qazilərə, kimsəsiz və ahıl insanlara maddi-mənəvi köməkliklərini əsirgəmədilər. Bu şəxsiyyətlərdən biri də yaxından tanıdığım, eloğlumuz, hər zaman millətinin, xalqının təəssübünü çəkən, xeyriyyəçi, vətənpərvər insan Hacı Əlikram Məmmədovdur. Hacı Əlikram hər zaman dövləti və dövlətçiliyi dəstəkləyərək Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının daxili və xarici siyasətini dəstəkləyərək xalq-iqtidar birliyinə sadiq insanlardandır.
Bizdə redaksiyamız adından Hacı Əlikram Məmmədova tutduğu haqq yolunda uğurlar arzulayırıq. Nə yaxşı ki, sizin kimi imanlı, vətənpərvər eloğullarımız var.
Allah həmişə yardımçınız olsun!
Hörmətlə,
Fərid Faiqoğlu (Səfərov)
Baş redaktor, AJB-nin üzvü,
Ehtiyatda olan zabit.