“Böyük qayıdış”a doğru inamlı addımlar atılır
09-noy, 13:56 151 Gündəm / CəmiyyətVətən müharibəsində qazanılmış Zəfərdən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanılıb. Qələbədən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həmin ərazilərə çoxsaylı səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməli qoyulur, yeni layihələrə start verilir. Böyük qələbənin rəmzi olan və Şuşaya çəkilən Zəfər yolu artıq başa çatmaq üzrədir. Şuşada, Cıdır düzündə 27 ildən sonra ilk Novruz tonqalının alovlandırılması, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin təşkili, Prezident İlham Əliyevin Qarabağın hava qapısı adlandırdığı Füzuli Beynəlxalq Aeroportunun uçuş-eniş zolağının istifadəyə verilməsi, Zəngilanda “ağıllı kənd”in inşasına başlanması keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdacaqları günün uzaqda olmadığını göstərir.
Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyib: “Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir”.
2020-ci ilin 27 sentyabrından başlayaraq dövlətçilik tariximizin ən şərəfli səhifələri yazıldı, 44 günlük Vətən savaşı Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində qələbə ilə başa çatdı. Noyabrın 10-da Ermənistanın kapitulyasiya aktına imza atması ilə Azərbaycan Vətən müharibəsindəki qələbəsini rəsmiləşdirdi. İşğalçı Ermənistan təslim olmağa məcbur edildi. Bu qələbə Azərbaycanın gücünü və xalqımızın nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu tamamilə işğaldan azad edildi. Azərbaycan Ordusunun nəzarəti altına keçən rayonda Azərbaycanın dövlət bayrağı ucaldıldı və dövlət himni səsləndirildi.
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Noyabrın 20-də xalqa müraciətində Ağdamın işğaldan azad olunması münasibətilə bütün ağdamlıları ürəkdən təbrik edən dövlət başçımız Ağdam ra¬yonunun yağı tapdağından xilas edilməsini noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın nəticəsi kimi dəyərləndirib.
Ali Baş Komandan müraciətində Ağdamın azad olunması xəbərini xalqa böyük qürur hissi ilə çatdıraraq vurğulamışdır ki, “Bu gün bizim yaşadığımız günlər, yaşadığımız anlar, əminəm ki, hər bir azərbaycanlının yad¬daşında əbədi qalacaq. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şan¬lı tarixini yazırıq. Bu, Zəfər tarixidir. Bun-dan sonra biz, ilk növbədə, işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik. Bütün gücümüzü səfərbər etməliyik. Bütün maddi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma torpaqla¬rına qaytaraq”. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik deyən cənab prezident vurğulamışdır ki, “Ermənilər hesab edirdilər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bu torpaq¬lara qayıtmayacaq. Səhv etdilər. Onlar bilmirlər ki, Azərbaycan xalqının ürəyində – bizim xalqımızın qəlbində doğma torpaqlar əbədi yaşayır və yaşayacaq”.
Ağdam heç vaxt düşmənə baş əyməmiş, Birinci Qarabağ müharibəsində çoxlu şəhid verərək sonuna qədər vuruşmuşdur. İkinci Qarabağ müharibəsində də ağdamlılar cəsarətlə vuruşmuş və şəhidlər vermişdir. Ancaq, bu gün doğma Ağdamımızın bir güllə də atmadan, bir nəfər də şəhid vermədən qayıtması əlbəttə ki, Azərbaycan ordusunun şanlı hərbi qələbəsi nəticəsində mümkün oldu. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı.
Azərbaycan Prezidenti xalqa müraciətində Ağdamda, eləcə də işğal altında saxlanılan digər şəhər və qəsəbələrimizdə, kəndlərimizdə tarixi-mədəni irsimizin silinməsi, abidələrimizin erməniləşdirilməsi, məscidlərimizin da¬ğıdılması, yeni xəritələrin tərtib edilməsi barədə ətraflı məlumat vermişdir
Ağdam rayonu 1930-cu ildə yaradılıb. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. Ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon olan Ağdam eyni zamanda Azərbaycan elminə və mədəniyyətinə onlarla görkəmli şəxsiyyət bəxş etmişdir. Ağdamın tanınmasında “Qarabağ” FK-nın ölkəmizi UEFA Çempionlar Liqası və Avropa Liqasında layiqli təmsil etməsinin də rolu olub.
Bu işğal qədim tarixə malik çoxlu memarlıq və incəsənət abidələri olan Ağdama 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurmuşdur. 2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adını dəyişərək “Akna“ qoymuş və rayonun işğal edilmiş ərazilərində 360 nəfər qanunsuz olaraq daimi məskunlaşmışdır. İşğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar aparmış, buradakı evləri, mədəni abidələri talan edərək bütün infrastrukturu məhv etmiş, muzeyləri, tarixi abidələri, dini ibadətgahları və ziyarətgahları vəhşicəsinə dağıtmışlar. Azərbaycan erməni vandalizminin cəzalandırılması üçün bütün hüquqi imkalanlardan istifadə edəcəkdir.
Cənab Prezidentin göstərişilə Ağdam rayonunun mərkəzinə çevirilmiş Quzanlı qəsəbəsində sosial obyektlər, infrastruktur və sənaye müəssisələri, insanlar üçün iş yerləri yaradılmış, Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir. Ağdam rayonunun Azərbaycanın nəzarətində olan hissəsində 18 köçkün şəhərciyi salınmış, rayona 93 min köçkün yerləşdirilmişdir. Bu gün Ağdam rayonunun əhalisinin 45 faizi Ağdam rayonunun ərazisində yaşayır. İşğal altındakı torpaqlarımızda yerləşən yaşayış sahələri arasında əhalinin sayına görə Ağdam ən böyük rayon olmuş, əvvəllər burada 143 min insan yaşamış, hazırda isə sakinlərinin sayının 204 minə çatmışdır.
Ölkə rəhbəri demək olar ki, bü¬tün çıxışlarında, müsahibələrində Ermənistan-Azərbaycan, Dağlıq Qara¬bağ münaqişəsinin həllinin həm siyasi, həm də hərbi yollarla mümkünlüyünü bəyan edib və Azərbaycanın uzun illər ərzində bu məsələnin siyasi müstəvidə həllinə çalışıb. Məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır. İndi haqdan-ədalətdən dəm vuran ölkələr, beynəlxalq qurumlar 30 il ərzində düşmənin vandal hərəkətlərinə, işğalçı ölkənin sülh da¬nışıqlarını pozmasına göz yumub, Ermənistanın barbarlığına görə sanksiyalar tədbiq etmək təşəbbüsü göstərməyib. Bu gün Ermənistanda repressiya baş alıb gedir. Lakin insan hüquqlarını qorumaqla məşğul olan heç bir təşkilat buna reaksiya vermir. Azərbaycana xor gözlə baxan Avropa Şurası isə susur. Bu gün işğalçı Ermənistan döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldu. İşğalçlıq siyasəti Ermənistanı uçuruma apardı. Ermənistanı bu günə salan qonşulara nifrət təbliğatının davam etməsi, qonşularla normal münasibət qura bilməməsidir. Azərbaycanın isə qonşu ölkələrlə münasibətləri bir çoxları üçün nümunə ola bilər.
Bəli, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail oldu. Bu qələbə, bu uğur dövlətimizin başçısı¬nın praqmatik, düşünülmüş və müdrik siyasətinin məntiqi nəticəsidir.
Ağdamlılar və işğaldan azad edilmiş bütün başqa rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti, Azərbaycan Respublikasının Prezidenti hər zaman onların yanında olacaqdır.
Ağdamın azad edilməsinə səbəb olan İkinici Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandana, Azərbaycan ordusuna eşq olsun!
Zəfər gününüz mübarək!
Fazil İsmayılov Şükür oğlu
Xızı rayonu Şorabad qəsəbə bələdiyyəsinin sədri
Hazırladı:
Natiq Zabitoğlu
"Ədalət və Qanun" qəzetinin baş redaktoru