QƏHRƏMAN, ƏR OĞULLARIMIZDAN BİRİ QAZİ SƏNAN QƏNBƏROV HAQQINDA...
10-noy, 13:22 193 GündəmQənbərov Sənan Rəşid oğlu 11yanvar 1989-cu il ildə Ağsu rayonunu Axundlu kəndində anadan olub. 1995-ci ildə Axundlu kənd tam orta məktəbin birinci sinfinə daxil olub. Sonralar orta təhsilini davam etdirmək üçün Müslüm Kərimov adına tam orta məkdəbdə oxuyub. 2006-cı ildə həmin məkdəbin 11-ci sinifini bitirdikdən sonra 2007-ci ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edib. 2008-ci ildə xidmətini başa vurduqdan bir müddət mülki işlərdə işlədikdən sonra 2013-cü ildə Daxili İşlər Nazirliyinin ayrilmaz hissəsi olan Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstədə Quba rayonda yerləşən N saylı hərbi hissədə xidmət edib. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan “Dəmir Yumruq” əks-hücum əməliyyatı zamanı 44 günlük haqq savaşında döyüş yolu Fizülinin Qaraxanbəyli kəndindən başlayaraq Cəbrayılın Böyük Mərcanlı kəndi, Lələ Təpə, Daşkəsən qəsəbəsi, Xocavəndin Hadrud, Ağbulaq, Tuğ kəndi, Qubadlının Qara şinli kəndi istiqamətlərində gedən döyüşlərində qəhrəmanlıq göstərərək Qazi olmuşdur.
Xüsusi ilə qeyd etmək istəyirik ki, Sənan Qənbərovun anası 2002-ci ildə dünyasını dəyişdikdən sonra nənəsinin himayəsində böyümüşdür.
Sənan Qənbərov kimi mərd oğullarımızla həmişə fəxr etmişik, bu gün də fəxr edirik.
Yaşasın Azərbaycan xalqı!
Yaşasın Azərbaycan ordusu!
Yaşasın Ali Baş Komandan!
Jalə Eminova
Redaktor