YAXŞILARA YAXŞI DEYƏK...
11-noy, 11:58 158 Gündəm / CəmiyyətBu dəfə söhbət açacağımız insan özünün müsbət keyfiyyətləri ilə həmişə seçilən vətənpərvər eloğlumuz Selman Süd Məhsulları müəsisəsinin rəhbəri İbrahim Səlman olacaqdır.
İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi dəyərləndirən iş adamı İbrahim müəllim özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkədə və regionlarımızda yüksək reytinqə malikdir.
İbrahim müəllim öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir.
Selman Süd Məhsulları müəsisəsinin rəhbəri İbrahim Səlman ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasətini dəstəkləyir və hər zaman xalq-dövlət, dövlət-xalq birliyini özünə mücəssəmə bilərək öz vətəndaşlıq borcunu xüsusi əhəmiyyətli günlərdə yüksək səviyyədə yerinə yetirir. İbrahim müəllim Şəhid ailələrinə, Qarabağ qazilərinə, kimsəsiz və ahılların həmişə yanında olmuş və onlara maddi-mənəvi dəstəyini göstərmişdir.
Heç şübhəsiz, sadalanan keyfiyyətlərlə yanaşı, burada 2 mühüm amilin də rolu danılmazdır. Onlardan birincisi, genetika ilə bağlıdırsa, ikincisi, zəngin təcrübə amili ilə əlaqədardır. Müasir genetika elmi sübut edir ki, nəsilli-köklü, böyük elmi və zehni potensiallı ailələrin övladlarının genetik kodun daşıyıcısı olaraq böyük uğurlara imza atma şansı kifayət qədər böyükdür. Münbit şəraitin olacağı təqdirdə həmin övladların valideynlərindən miras qalmış irsi potensialı zənginləşdirərək daha böyük uğurlar əldə etməsi sırf zaman məsələsidir. Məsələyə bu kontekstdə yanaşdıqda xüsusi olaraq qeyd edək ki, hörmətli İbrahim Səlman böyük genetik irsin varisidir. İbrahim müəllim uğurları bir iş adamı olaraq Azərbaycan iqtisadiyyatına özünəməxsus töhfəsini vermişdir.
İbrahim müəllim istər pandemiya dövründə, istərsə də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə başlanan "Dəmir Yumruq" əks-hücum əməliyyatı, 44 günlük haqq savaşımız zamanı hər zaman şəhid ailələri, qazilər və kimsəsizlərə maddi və mənvi köməklik göstərmişdir. İbrahim müəllim həmişə xeyriyyə tədbirlərdə fəal olaraq maddi köməkliyini əsirgəməmiş və hər zaman vətəndaşlıq borcunu yüksək səviyyədə yerinə yetirmişdir.Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda İbrahim Səlman olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
Jalə Eminova
Redaktor
Selman süd məhsulları haqqında aşağıdakı linkdə tanış ola bilərsizin
https://selmansud.com/