Vətəndaşlıq Vəziyyəti aktlarının qeydiyyatı sahəsində elektron xidmətlər
18-noy, 19:37 252 Gündəm / SosialCənubi Qafqaz regionunun mühüm dövləti olan, ildən-ilə Avropa dövlətlərinin əhəmiyyətli tərəfdaşına çevrilən və dünya miqyasında nüfuzu artan Azərbaycanın əldə etdiyi inkişaf trayektoriyası istər dünya ölkələri, istərsə də beynəlxalq təşkilatlar tərəfindən xüsusi olaraq vurğulanır.Ölkəmizdə müşahidə olunan dayanıqlı iqtisadi inkişaf Azərbaycanda paralel olaraq bütün sahələrin əsaslı formada inkişafına gətirib çıxarmışdır.
Ümummilli liderimizin dövlət quruculuğu xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə mühüm qərarlar qəbul olunmuş, ədliyyə fəaliyyətinin mükəmməl normativ hüquqi bazası yaradılmış, ədliyyə işi beynəlxalq norma və prinsiplərə uyğunlaşdırılmış, onun üzərinə yeni mühüm vəzifələr qoyulmuş, gələcək inkişafına dair əhatəli Dövlət Proqramı qəbul edilmişdir. Ə
Məlumdur ki, Ədliyyə Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılması sahəsidir. Bu istiqamətdə müasir texnologiyalar tətbiq olunmuş, hüquqi və innovativ islahatlar həyata keçirilmişdir. 2008-ci il iyulun 1-dən etibarən “Vətəndaşlıq Vəziyyəti Aktları” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemi tam gücü ilə istifadəyə verilmişdir. Sistemin fəaliyyətini təmin edən tətbiqi proqram təminatı hüquq və informasiya sahələrində daxili və beynəlxalq təcrübəyə əsaslanmaqla modern proqramlaşdırma mühiti və yeni informasiya mühafizəsi metodları əsasında formalaşdırılmışdır.Qeyd edək ki, insan hüquqlarının qorunmasında, sosial-müdafiə proqramlarının icrasında, ailə sağlamlığının həyata keçirilməsində, həmçinin cəmiyyətdə var olan digər əsas hüquqi və sosial proseslərdə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sistemi əhəmiyyətli rol oynayır. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri (o cümlədən “ ASAN xidmət ” mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbələri) öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və təkrar şəhadətnamələr verirlər”.
Müasir dövrdə insanlar həyatlarını informasiya-kommunikasiya texnologiyaları olmadan təsəvvür edə bilmirlər.Bütün sahələrin inkişafı kimi “Elektron hökumət”in formalaşdırılması istiqamətində görülən işlər dövlətimizin xüsusi diqqət mərkəzindədir.İnsanların problemini yerindəcə həll etməyə, dövlət qurumlarında göstərilən xidmətlərin şəffaflaşdırılmasına xidmət edən,vaxta qənaət, əlverişli,keyfiyyətli,şəffaf, rahat olması kimi əsas üstünlükləri olan elektron müraciətlərin təkmilləşdirilməsi dövlət qurumlarının əsas məqsədinə çevrilmişdir.İdarəetmə sahəsində qabaqcıl innovasiyaların və yeni texnologiyaların tətbiqi, eləcə də vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi üzrə görülən işlər çərçivəsində ölkə Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli Fərmanının qəbul olunması elektron xidmətə keçidin sürətləndirilməsində, bu sahədə aparılan islahatların davamlılığının təmin edilməsində xüsusi rol oynamışdır.
Bugün Ədliyyə Nazirliyinin bütün sahələrində o cümlədən vətəndaşlıq vəziyyəti aktları ilə bağlı vətəndaşlara daha keyfiyyətli xidmət göstərmək məqsədi ilə bir çox elekton müraciətlər üçün şərait yaradılmışdır.Ədliyyə Nazirliyinin rəsmi internet saytında (www.justice.gov.az) elektron xidmət bölməsi qurulmuş və burada Vətəndaşlıq vəziyyəti aktları ilə bağlı elektron xidmətlər sadalanmışdır.Vətəndaşlar çox rahat şəkildə "vətəndaşlıq vəziyyəti" bölməsinə daxil olaraq adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması,atalığın müəyyən edilməsinin qeydə alınması,doğumun qeydə alınması,vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair təkrar şəhadətnamələrin və arayışların verilməsi,nikahın qeydə alınması,nikahın pozulmasının qeydə alınması,ölümün qeydə alınması,övladlığa götürmənin qeydə alınması,soyad sonluğunun dəyişdirilməsinin qeydə alınması barədə elektron müraciət edə bilərlər.Bu gün nikaha daxil olmaq və nikahın pozulması üçün ərizəni və bununla bağlı zəruri sənədləri qeydiyyat orqanına elektron qaydada göndərmək,qeydiyyat orqanına yaxınlaşmadan qeydiyyatın təyin olunduğu günü müəyyənləşdirmək artıq realdır.Lakin bu formada olunan elektron müraciət bununla yekunlaşmır.Belə ki elekton müraciət daxil olan müvafiq şöbə tərəfindən vətəndaşı sistem vasitəsi ilə cavablandırmaq,məsləhətlər vermək və sənədlərindəki çatışmamazlıqla bağlı xəbərdarlıq etmək imkanı yaradılmışdır. Həmçinin Ədliyyə Nazirliyinin rəsmi internet saytında vətəndaşlar Qeydiyyat orqanları və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılması barədə məlumatın verilməsi bəndinə daxil olaraq qeydiyyat orqanlarımız barədə ətraflı məlumat (ünvan,telefon qeyri iş günləri və s.)və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılması barədə (hər bir müraciət üçün tələb olunan sənədlər,müraciət forması )qanunvericilikdə əksini tapmış məlumatları əldə bilirlər. D Digər elektron xidmət olaraq Ədliyyə Nazirliyinin rəsmi elektron saytında valideynlərə uşaqlarına ad seçilməsində kömək məqsədilə Azərbaycan adları, onların mənşəyi və izahı, əhali arasında yayılma səviyyəsi və s. barədə informasiya almaq üçün geniş axtarış sisteminə malik istifadəyə verilmiş sistemi qeyd etmək olar. Ə Ədliyyə Nazirliyinin rəsmi internet saytında yer alan interaktiv əlaqə bölməsi də vətəndaşların istifadəsinə verilmişdir.Vətəndaşlar bu bölməyə daxil olaraq Ədliyyə Nazirliyinin bütün fəaliyyət istiqamətlərinə ,o cümlədən vətəndaşlıq vəziyyəti aktlarına dair öz məlumatlarını qeyd etməklə online söhbətə başlayaraq suallarını ünvanlaya bilərlər.
Elektron xidmətlərin təkmilləşdirilməsi sahəsində bir çox qanunvericilik aktları qəbul olunmuş eyni zamanda Ailə Məcəlləsinə müvafiq dəyişiklik edilmişdir.Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi, habelə doğumun və ölümün qeydə alınması sahəsində fəaliyyətin təkmilləşdirilməsi, operativliyin və əlçatanlığın təmin edilməsi məqsədilə Azərbaycan Respubikası prezidenti 23 sentyabr 2020-ci il tarixli 1160 saylı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında fərman imzalayıb. Nazirlik tərəfindən ədliyyə orqanlarında aparılan məqsədyönlü və mühüm islahatlar sırasında idarəçilikdə müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq olunmasına, əhaliyə yeni elektron xidmətlərin göstərilməsinə xüsusi önəm verilir. A Azərbaycan Prezidentinin elektron sektorunun inkişafı çərçivəsində dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinə dair fərmanına uyğun olaraq hazırda ədliyyənin bütün sahələrində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə xüsusi diqqət yetirilir.Fərmanda qeyd olunan bütün müdəaların həyata keçirilməsinə və tətbiqinə nəzarət Vətəndaşlıq Vəziyyəti aktlarının Reyestri xidməti tərəfindən çox planlı və dəqiq həyata keçirilir. Belə ki,doğum və ölüm faktını təsdiq edən sənədlərin elektron sənəd formasında tərtib edilməsi, doğumun və ölümün qeydə alınması ilə bağlı şəhadətnamələrin və arayışların elektron qaydada verilməsi;doğumun və ölümün qeydə alınması ilə bağlı sənədlər üzrə məlumatların, habelə vətəndaşların dəfni ilə bağlı məlumatların Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə və Dəfnlərin vahid dövlət reyestrinə daxil edilməsi (ötürülməsi), eləcə də Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə digər aidiyyəti dövlət informasiya ehtiyatlarına və sistemlərinə ötürülməsi,doğumun və ölümün qeydə alınması sahəsində təhlillər aparılması, habelə məlumatların avtomatik ümumiləşdirilməsi və statistik hesabatların hazırlanmasına dair müddəaların həyata keçirilməsi kimi fərmanda qeyd olunan məsələlərlə bağlı ədliyyə nazirliyinin müvafiq qeydiyyat şöbələrini üzərində öhdəliklər qoyulur, tapşırıqlar verilir və tapşırıqların icrasına ciddi nəzarət olunur.Belə ki fərmanda qeyd edildiyi kimi tibb müəssisələri tərəfindən doğum və ölüm faktını təsdiq edən sənədlərin elektron sənəd formasında tərtib edilməsini və həmin sənədlər üzrə məlumatların real vaxt rejimində elektron informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə ötürülməsini təmin etdikdən sonra qeydiyyat şöbələrinə daxil olmuş bu məlumatlara dərhal reaksiya verilir.Ölən şəxslər barədə məlumatlar daxil olan kimi ölən şəxslərin müraciəti gözlənilmədən ölümlər dövlət qeydiyyatlarına alınır. H Həmçinin vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılılmış informasiya sisteminə Səhiyyə Nazirliyindən ötürülən məlumatlar əsasında yeni doğulmuşların reyestri formalaşdırılmış, daxil olan doğumu qeydə alınmayan uşaqların valideynlərinin maarifləndirilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır, vətandaşlara bildiriş göndərilir, övladı dünyaya gələn valideynlər doğumun qeydiyyatı ilə bağlı maarifləndirilir və aparılan təşviqat tədbirləri nəticəsində doğum faktlarının tez bir zamanda qeydiyyatı təmin edilir. B Bildiyimiz kimi Əhalinin dövlət reyestrinin fəaliyyətinin təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyinin bütün qeydiyyat şöbələri müvafiq kompyuter avandalığı ilə təchiz edilmiş, ölkə üzrə vahid elektron şəbəkədə birləşdirilmiş və bu qurumların “Vətəndaşlıq Vəziyyəti Aktları” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sisteminə birbaşa rabitə xətləri vasitəsilə çıxışı təmin edilmişdir.Vətəndaşlar istənilən qeydiyyat şöbəsinə yaxınlaşaraq ölüm və digər vətəndaşlıq vəziyyəti aktlarına dair şəhadətnamə və arayışları əldə edə bilirlər. “V Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi barədə” dövlətimizin başçısının imzaladığı fərmanından irəli gələrək uzaq kənd və qəsəbələrdə fəaliyyət göstərən yerli icra nümayəndəlikləri nazirliyin informasiya sistemlərinə qoşularaq qeydiyyatın həmin sistem vasitəsilə həyata keçirilməsi artıq təmin edilib. E Eyni zamanda, respublikanın xaricdəki konsulluqlarının nazirliyin informasiya resurslarına qoşulması nəticəsində ədliyyə xidmətlərindən ölkə hüdudlarından kənarda da yararlanmaq imkanı yaradılıb. Əhalinin Dövlət Reyestri Xidməti tərəfindən Reyestrin Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemi istismara verilmiş, məlumatların sistemə avtomatik ötürülməsi və yerləşdirilməsi üçün müvafiq mexanizmlər hazırlanmışdır. Reyestrin tamlığının təmin edilməsi məqsədilə keçmiş illərin akt qeydləri skanerləşdirilməklə emal edilmiş və reyestrdə yerləşdirilmişdir.Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən rayon (şəhər) qeydiyyat şöbələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsinə, işin müasir tələblər səviyyəsində təşkilinə daim xüsusi diqqət yetirilir, maddi-texniki baza yaxşılaşdırılır, infrastruktur müasirləşdirilir. Təsadüfi deyil ki, son illər respublikamızın müxtəlif bölgələrində qeydiyyat şöbələrinin binalarının əsaslı təmir olunması, müasirləşdirilməsi, həmçinin yeni ədliyyə binalarında qeydiyyat şöbələri üçün zəruri infrastrukturun yaradılması işin səmərəliliyinin artırılmasına, vətəndaşlara daha keyfiyyətli hüquqi yardımın göstərilməsinə xidmət etmişdir. Onu da qeyd edək ki, akt qeydlərinin hazırda işlənilən nümunələrinin əvəzinə onların optik oxunmasına və məlumatların elektron şəbəkə vasitəsilə ötürülməsinə imkan verən yeni formaları və müvafiq proqram təminatı tərtib olunmuşdur. Bununla yanaşı ölkə əhalisinin dövlət reyestrinin iki əsas məlumat mənbələri olan Daxili İşlər Nazirliyi tərəfindən aparılan “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemi arasında avtomatlaşdırılmış qaydada fasiləsiz məlumat mübadiləsi aparılır.Sistem günü-gündən təkmilləşdirilir.Belə ki vətəndaşlar barəsində tərtib olunan vətəndaşlıq vəziyyəti aktları bu mübadilə vasitəsilə Daxili İşlər Nazirliyinə inteqrasiya olunduğu üçün bugün vətəndaşlarımız artıq kağız daşıyıcılarda olan vətəndaşlıq vəziyyətinə dair sənədləri təqdim etmədən yeni nəsil vəsiqələri ilə təmin olunurlar.Həmçinin Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 464-VIQ nömrəli qanunu Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilmişdir.Belə ki,Vətəndaşlıq vəziyyəti aktlarına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışlar hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək Elektron məhkəmə sistemi vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə ötürülür.Artıq Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış elektron sistemində məhkəmə qətnamələrinin reyestri formalaşdırılmışdır.Qeydiyyat şöbələri həm elektron qaydada imzalanmış məhkəmə qətnamələrini yoxlaya bilir,həmçinin məhkəmə qətnamələrini,qətnamədən çıxarışları və icra üçün göndəriş məktublarını vətəndaş təqdim etmədən sistem vasitəsi ilə əldə edə bilirlər.Bu da öz növbəsində vətəndaşların işini asanlaşdırır və onların təkrarən məhkəməyə sənədlərini əldə etmək üçün müraciət etmək zərurətini aradan qaldırır. B Bildiyimiz kimi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 mart 2018-ci il tarixli 1885 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxsi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq “Elektron Hökumət”i formalaşdırmışdır,hansı ki digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirir.Bu gün vətəndaşlarımız “MyGov” Elektron hökümət portalı vasitəsi ilə vətəndaşlıq vəziyyətinə dair elektron formada sənədlərin əldə edilməsi ilə bağlı müraciət edə bilərlər.Portaldan daxil olan müraciətlərin mütəxəssislər tərəfindən qəbulu və emalı xidməti ödənişsizdir.Müraciət avtomatik olaraq akt qeydinin tərtib olunduğu şöbəyə müvafiq sistem vasitəsilə yönləndirilir.Müraciətlər qeydiyyat şöbələrinin vəzifəli şəxsləri təfindən elektron imza vasitəsilə imzalandıqdan sonra təsdiqlənir və vətəndaşlar müvafiq sənədlərlə təmin olunurlar.Müraciətlərə vaxtında baxılması və təmininə ciddi nəzarət olunur. V Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsinə dair görülmüş bütün işlər bu istiqamətdə səmərəli fəaliyyətin əsasını təşkil etmiş və onun inkişafına xidmət etmişdir. M Müasir dövrdə müraciətlərin elektonlaşdırılması dövrün əsas tələbi olduğu üçün bu sahədə keyfiyyətli xidmət ,əldə olunan nəticənin səmərəliliyi və ən əsası vətəndaş məmnunluğu inkişafın göstəricisi hesab olunur.Bu səbəbdən bizlər Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat şöbələrinin əməkdaşları bu sahədə olan yenilikləri dövlətçiliyimizin inkişafı və xalqımızın rifahı üçün önəmli olduğunu dərk edərək qanunla üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə,vətəndaşların qanuni hüquq və mənafeyini yüksək səviyyədə qorumağa çalışır,cəmiyyətin demokratik prinsiplər, insan haqlarına hörmət əsasında inkişaf etdirilməsi işinə var qüvvəmizlə çalışırıq.
Gültən Abdullayeva
3 saylı Bakı “ASAN Xidmət” mərkəzində
Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi