Rusiya və Belarus idmançıları III Avropa Oyunlarına buraxılmayacaqlar

Rusiya və Belarus idmançıları III Avropa Oyunlarına buraxılmayacaqlar.
Bu barədə Avropa Olimpiya Komitələrinin (EOC) rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, sözügedən ölkələrin təmsilçiləri yarışda heç bir statusda iştirak edə bilməyəcəklər.
Qeyd edək ki, Avropa Oyunları bu il iyunun 21-dən iyulun 2-dək Polşada keçiriləcək. Açılış mərasimi iyunun 21-də Krakovda olacaq.