“Qarabağ”ın legioneri: “Məqsədimizə çatmaq üçün səylərimizi əsirgəməyəcəyik”

“Çempion olmaq sabitlik qazanmaq və özümü qiymətləndirmək baxımından çox vacib idi. Artıq Avstriyada mövsümöncəsi toplanışa başlamışıq. Bütün mümkün hədəflərə kollektiv və fərdi şəkildə nail olmaq üçün çox çalışacağıq”.
Bunu “Qarabağ”ın yarımmüdafiəçisi Julio Romao deyib.
Braziliyalı futbolçu bundan sonrakı məqsədinin Çempionlar Liqasının (ÇL) qrup mərhələsində iştirak etmək olduğunu bildirib:
“Ümid edirəm ki, yaxşı oyunlar keçirəcəyəm və komandama Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməkdə kömək edə biləcəyəm. “Qarabağ”la bu çağırış üçün çox motivasiyalıyam. Bu, çox özəldir. Hər bir oyunçu bir gün orada oynamaq arzusundadır. Məqsədimizə çatmaq üçün səylərimizi əsirgəməyəcəyik”.
Qeyd edək ki, “Qarabağ” ÇL-in I təsnifat mərhələsində Cəbəllütariq çempionu “Linkoln”la qarşılaşacaq.