Avropada günün maraqlı futbol oyunları - AFİŞA
03-sen, 12:21 144 İdman
Oxu.Az xəbər verir ki, İngiltərə Premyer Liqasında IV turun mərkəzi oyunu “Arsenal” və “Mançester Yunayted” arasında baş tutacaq. Birincilərin meydanında təşkil olunacaq qarşılaşma saat 19:30-da (Bütün oyunların saatı Bakı vaxtı ilə göstərilib - red.) start götürəcək. Buna qədər Premyer Liqada daha bir maraqlı qarşılaşma baş tutacaq. Saat 17:00-da “Liverpul” öz meydanında “Aston Villa”nın müqavimətini qırmağa çalışacaq.
Fransa Liqa 1-də son çempion PSJ mövsümə uğursuz başlayan “Lion”un qonağı olacaq. Qarşılaşma saat 22:45-də başlayacaq.
İtaloya A Seriyasında “İnter” “Fiorentina”nı qəbul edəcək, “Yuventus” “Empoli”nin qonağı olacaq. Oyunlar müvafiq olaraq 20:30 və 22:45-də başlayacaqlar.
İspaniya La Liqasında “Atletiko” “Sevilya”nı qəbul edəcək. Görüşün start fiti saat 20:30-da səslənəcək. Son çempion “Barselona”nı isə “Osasuna” səfəri gözləyir. Bu görüşün start fiti saat 23:00-da səslənəcək.
Türkiyə Super Liqasında saat 29:15-dı “Beşiktaş” “Sivasspor”u qəbul edəcək, saat 22:45-də isə “Fənərbağça” “Ankaragücü”nün qonağı olacaq.
Avropada günün maraqlı futbol oyunları
3 sentyabr
İngiltərə Premyer Liqası
17:00. “Liverpul” - “Aston Villa”
19:30. “Arsenal” - “Mançester Yunayted”
Fransa Liqa 1
22:45. “Lion” – PSJ
İtaliya A Seriyası
20:30. “İnter” - “Fiorentina”
22:45. “Empoli” - “Yuventus”
İspaniya La Liqası
20:30. “Atletiko” - “Sevilya”
23:00. “Osasuna” - “Barselona”
Türkiyə Super Liqası
20:15. “Beşiktaş” - “Sivasspor”
22:45. “Ankaragücü” - “Fənərbağça”
Təhsil - Səhiyyə
daha çoxprev
next