Erik ten Haqın “Mançester Yunayted”dəki taleyi məlum oldu
09-fev, 15:38 152 İdman
İngiltərəli məşhur idman jurnalisti Stiv Beyts sosial şəbəkə hesabında yazıb ki, klub niderlandlı mütəxəssislə yollarını ayırmağı planlaşdırmır.
O əlavə edib ki, məşqçinin istefası məsələsi yalnız komandanın cari mövsümün sonunda uğursuzluğa düçar olacağı halda aktuallaşacaq.
Məlumat üçün əlavə edək ki, “Mançester Yunayted”in İngiltərə Premyer Liqasında altıncı sırada getməsi klubun azarkeşlərini və rəhbərliyinin narazılığına səbəb olub. Bununla əlaqədar mətbuatda mütəmadi olaraq Erik ten Haqın tezliklə istefaya göndəriləcəyi qeyd olunur.
Mənbə: Oxu.az
Təhsil - Səhiyyə
daha çoxprev
next