Juninyo 24 ildən sonra...
31-iyl, 12:29 55 İdman“Qarabağ”ın hücumçusu Juninyo Olavio Azərbaycan klublarının heyətində Çempionlar Liqası (ÇL) oyununda het-trik edən ikinci futbolçu kimi tarixə düşüb.
“Qafqazinfo” xəbər verir ki, braziliyalı forvard 2-ci təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi “Linkoln”la görüşün birinci hissəsində rəqibi 3 dəfə mərkəzə dəvət edib.
Azərbaycanlı azarkeşlər düz 24 ildən sonra ilk dəfə ÇL matçında bir futbolçunun 3 qoluna seviniblər. Juninyoya qədər yalnız Badri Kvaratsxeliya het-trikə imza atmışdı. Vaxtilə millimizdə də çıxış etmiş gürcüstanlı sabiq forvard 2000-2001 mövsümündə turnirin I təsnifat mərhələsində “Şəmkir”in heyətində Latviya “Skonto”su ilə görüşün qəhrəmanı olmuşdu.
2000-ci il iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda Kvaratsxeliya 3, 90 və 100-cü dəqiqələrdə fərqlənib. Bu, “Şəmkir”in mərhələ adlamasına kömək etmişdi.