“Barselona”dan qələbə, “Mançester Siti”dən məğlubiyyət
12-dek, 09:10 13 İdmanUEFA Çempionlar Liqasının əsas mərhələsində VI tura yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, İspaniyanın “Barselona” komandası Almaniyada “Borussiya”nı 3:2 hesabı ilə məğlub edib.
İngiltərənin “Mançester Siti” klubu isə İtaliyada “Yuventus”a 0:2 hesabı ilə uduzub.
İngiltərənin digər təmsilçisi “Arsenal” isə evdə Fransa “Monako”su ilə qarşılaşıb. Matç İngiltərə təmsilçisinin qalibiyyəti ilə yekunlaşıb – 3:0.
UEFA Çempionlar Liqası, Liqa mərhələsi, VI tur
“Atletiko” (İspaniya) - “Slovan” (Slovakiya) - 3:1
“Lill” (Fransa) - “Şturm” (Avstriya) - 3:2
“Borussiya” (Almaniya, Dortmund) - “Barselona” (İspaniya) - 2:3
“Yuventus” (İtaliya) - “Mançester Siti” (İngiltərə) - 2:0
“Benfika” (Portuqaliya) - “Bolonya” (İtaliya) - 0:0
“Arsenal” (İngiltərə) - “Monako” (Fransa) - 3:0
“Milan” (İtaliya) - “Srvena Zvezda” (Serbiya) - 2:1
“Feyenoord” (Niderland) - “Sparta” (Çexiya) - 4:2
“Ştutqart” (Almaniya) - “Yanq Boyz” (İsveçrə) - 5:1
Qeyd edək ki, Liqa mərhələsində VII turun oyunları 2025-ci il yanvarın 21-i və 22-də keçiriləcək.