Millimiz DÇ-2026-da bu komandalarla qarşılaşa bilər

Bu gün futbol üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, tədbir İsveçrənin Sürix şəhərində təşkil olunacaq və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Mərasimdə Azərbaycan millisinin rəqiblərinin də adına aydınlıq gələcək.
Millimiz püşkatmada 4-cü səbətdə olacaq. 
1-ci səbət: Fransa, İspaniya, İngiltərə, Portuqaliya, Niderland, Belçika, İtaliya, Almaniya, Xorvatiya, İsveçrə, Danimarka, Avstriya
2-ci səbət: Ukrayna, İsveç, Türkiyə, Uels, Macarıstan, Serbiya, Polşa, Rumıniya, Yunanıstan, Slovakiya, Çexiya, Norveç
3-cü səbət: Şotlandiya, Sloveniya, İrlandiya, Albaniya, Şimali Makedoniya, Gürcüstan, Finlandiya, İslandiya, Şimali İrlandiya, Monteneqro, Bosniya və Herseqovina, İsrail
4-cü səbət: Bolqarıstan, Lüksemburq, Belarusiya, Kosovo, Ermənistan, Qazaxıstan, Azərbaycan, Estoniya, Kipr, Farer adaları, Latviya, Litva
5-ci səbət: Moldova, Malta, Andorra, Cəbəllütariq, Lixtenşteyn, San-Marino.
Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsi 2025-ci ilin martında start götürəcək.
Turnirin final mərhələsi isə iyunun 11-dən iyulun 19-dək Kanada, Meksika və ABŞ-də təşkil olunacaq. Bu mundial tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək.