Şəmkirdə 77 yaşlı kişini maşın vuraraq öldürdü
10-noy, 13:08 37 Kriminal
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Çaparlı kənd sakini, 1986-cı il təvəllüdlü Rəhman Məhərrəmov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən piyadanı vurub.
Nəticədə İsgəndərli kənd sakini, 1948-ci il təvəllüdlü Çitadze Yaşa Usmanoviç aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev





