Dağda mal-qara otararkən öldü
22-apr, 10:58 22 Kriminal
Ağsu sakini mal-qaranı otararkən vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 18:15 radələrində Daşdəmirbəyli kəndi ərazisində baş verib.
1972-ci il təvəllüdlü Bağırov Bəkir Təvəkgül oğlu dağlıq ərazidə heyvanlarını otararkən qəfil dünyasını dəyişib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.





