"Omikron" ştammı Azərbaycanı dəhşətli mənzərə ilə qarşı-qarşıya qoya bilər? - Həkim AÇIQLADI
30-noy, 09:12 218 Səhiyyə""Omikron" ştammının Azərbaycanda da yayılmaq ehtimalı var".
Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist İlhamə Abbasova deyib.
Mütəxəssis bildirib ki, virusun yeni ştammından qorxmaq lazım deyil:
"Bizə ilk olaraq Avropa ölkələrindən COVİD-19 gəldiyi kimi, "Omikron" ştammının da Azərbaycana gəlib çıxması mümkündür. Öncədən bir şey demək hələ ki, tezdir. Amma bu ştamm da ölkəmizdə aşkar edilərsə, ümid edirəm ki, COVİD 19-la mübarizə apardığımız kimi koronavirusun yeni ştammı ilə də mübarizə apara bilərik.
Bu günə kimi "Omikron" ilk deyil ki... Artıq 2 ildir ki, virus yeni-yeni mutasiyalarla uğrayır və biz yeni ştammları ilə üzləşirik. Çətin olsa da bu ştammlarla mübarizə aparmağa artıq uyğunlaşmışıq. Daha əvvəlki kimi deyil ki, "hə, yeni ştamm var. Vay, nəsə növbəti bir xaos olacaq, necə olacaq" kimi düşüncələrə düşək, elə bir şey yoxdur. Artıq koronavirusla mübarizə aparmağa səhiyyə sistemi olaraq da uyğunlaşmışıq. Bu ştammın da öhdəsindən gələrik. Gələcəyi varsa, görəcəyi də var. Yeni ştammdan qorxmaq lazım deyil. Sadəcə məsafə prinsipinə əməl edilsə, insanlar zamanında vaksin olunsa və xəstəliyin sipmtomlarını hiss etdikləri an vaxtında həkimə müraciət etsələr xəstəliyin zamanında qarşısını kəsib, ağır fəsadlara gətirib çıxarmasının qarşısını ala bilərik".
Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına "omikron" adı verilib. Bildirilib ki, sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.