Hadisə 10 milyon qarşılığında seriala çəkilir

hadise-10-milyon-qarsiliginda-seriala-cekilir

Türkiyənin məşhur müğənnisi Hadisə serialda oynayacaq.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, illərdir aktrisalıq təklifləri alan sənətçi rəqəmsal platformada yayımlanacaq layihədə yer alacaq.
O, 8 bölümlük serialdan 10 milyon TL (527 000 manat) qazanacaq.
Hadisənin təklifi qəbul etməsində aktrisa Seda Bakanın böyük əməyi olub. Bildirilir ki, Seda yaxın dostunu motivasiya edib.
Məlumata görə, Hadisə artıq bu sahədə dərslər almağa başlayıb.