Ceyhun Bayramov Trampın ev sahibliyi ilə keçirilən qəbulda iştirak etdi
23-sen, 09:46 7 Siyasət
Xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi qəbulda iştirak edib.“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, bu qəbul 8 avqustda keçirilmiş Vaşinqton Sammiti və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından sonra Azərbaycan-ABŞ tərəfdaşlığının genişləndiyi bir dövrə təsadüf edir.
“Biz əməkdaşlığın enerji, ticarət və investisiya sahələrində daha da gücləndirilməsini səbirsizliklə gözləyirik”, - XİN-dən qeyd edilib.





