Bir Azərbaycan sakini il ərzində xidmətlərə nə qədər pul xərcləyir?
20-yan, 16:37 105 Sosial2023-cü ildə Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci illə müqayisədə 14% artaraq 11 milyard 411,6 milyon manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, bunun 8 milyard 652,1 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75,8%-ni təşkil edib.
Hesabat dövründə ödənişli xidmətlərin dəyərinin 2 milyard 559,6 milyon manatı dövlət, 8 milyard 852 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb.
İl ərzində hər bir ölkə sakini orta hesabla 1 124 manatlıq və yaxud bir il əvvələ nisbətən 205 manatdan çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.