MN: “Ermənistan ordusunun mövqelərinin atəşə tutulması yalandır”
10-sen, 11:43 248 Bölgə
Sentyabrın 9-u saat 22:50 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib:
“Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”.





