Füzuli istiqamətində növbəti təxribatın qarşısı alınıb
10-sen, 11:48 240 Bölgə
Sentyabrın 10-u saat 09:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Füzuli rayonu istiqamətində yerləşən mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.





