Binəqədi rayonunda 8 yaşlı uşağı avtomobil vurub
20-apr, 08:46 269 Cəmiyyət
Bakının Binəqədi rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.“Report”un məlumatına görə, avtomobil yolu keçən 2015-ci il təvəllüdlü Sinan İlham oğlu Əliyevi vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol incik sümüyünün sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.





