"Dəmir Bank"da pulu qalanların nəzərinə: Ödəniş ediləcək
13-okt, 12:24 197 CəmiyyətSabahdan "Dəmir Bank" ASC-nin növbəlikdə sonuncu sırada olan təminatsız kreditorlarına növbəti dəfə ödəniş ediləcək.
"Ölkə.Az"ın məlumatına görə, bu barədə bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) kreditorlara müraciətində deyilir.
Məlumata əsasən, ödəniş nağdsız qaydada həyata keçiriləcək.
Kreditorlar ADIF-in Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini təqdim edə bilərlər.