Paytaxtda 45 yaşlı şəxs tanışı tərəfindən bıçaqlandı
26-apr, 08:05 248 Cəmiyyət
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Zeytun Zavodu adlanan ərazidə 1978-ci il təvəllüdlü Zeynalov Şahin Famil oğlu şəxsi münasibətlər zəmnində tanışı ilə dava zamanı bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.





