Ali dərəcəli cərrah tibb xidməti mayoru Abdullayev Miryaqub Yəhya oğlu

Ali dərəcəli  cərrah  tibb  xidməti mayoru Abdullayev  Miryaqub Yəhya oğlu


Qarabağda Fizuli  rayonunda anadan olmuşdur.  Qarabağ   müharibəsinin  ilk  günlərindən cərrah  pıçağını silaha çevirərək mənfur ermənilər tərəfindən yaralanan əsgərlərimizə  yüksək  səviyyədə cərrahi  yardım   göstərərək onların  tezliklə sağalaraq cəbhəyə qayıtmalarına nail   olmuşdur. 1992-ci  ildən  öz xahişi ilə Müdafiyyə Nazirliyinin Baş Tibb  İdarəsinə müraciət edərək həqiqi hərbi   xidmətə başlamış, N- saylı hərbi xidmətin tibb  rotasının N saylı   korpusun   tibb batalyonunda aparıcı cərrah   tibb  bölüyünyn  komandiri,    tibb  xidmətinin mayoru  kimi 2000-ci   ilə  dək  Qarabağ müharibəsi dövründə minlərlə yaralı əsgər hərbiçilərə,  mülki  yaralılara vijdanla cərrahi  köməkliyini əsirgəməmişdir.
Ordudan  təxris olunduqdan sonra doğma Fizuli  torpaqlarında 6-il  həmyerlilərinə  qaçqın    vəziyyətdə olan insanlara təmənasız yardım göstərmişdir. 2006-cı ildən  cərrahi   fəliyətini  Bakı Dəmir yolu xəstəxanasında davam etdirmiş,  hazırda Loğman  klinikasında fəaliyyət göstərir.
Ikinci Qarabağ  döyüşləri  başladığı   gündən  Mərkəzi  Hərbi Qospitalda və müxtəlif tibb müəsələrində  yaralı   əsgərlərimizə cərrahi  yardımını əsirgəməmişdir.
Tarixən bizim qələbələrimiz çox olub. Sözsüz ki, müasir dövrdə artıq, belə bir mürəkkəb və ziddiyyətli bir dövrdə 44 günlük Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyəti qat-qat çoxdur. Çünki 30 il ərazilərinin işğal olunması faktı ilə barışmayan Azərbaycan nəhayət ötən il sentyabrın 27-də, özü də birbaşa olaraq Ermənistan tərəfindən hərbi təxribatlara cavab olaraq əks əməliyyatlara keçdi və 44 gün ərzində elə bir gün olmadı ki, Ermənistan silahlı qüvvələri, daha doğrusu, Ermənistanın təcavüzkar qüvvələri yuvasına qədər başı əzilə-əzilə qovulmasın.

Bu qələbənin tarixi əhəmiyyəti ondadır ki, ən azı neçə onilliklər bundan sonra Azərbaycan erməni faşizminin başını və quyruğunu elə kəsib ki, o inkişaf eləməsin. Amma sözsüz ki, geosiyasi proseslərdə hər şey daimi deyil. Gələcəkdə kimlərsə, hansısa oyunbazlıqlar kontekstində, yəni yenidən erməni təcavüzünün, erməni faşizminin baş qaldırmasına cəhd göstərsələr, Azərbaycanın dəmir yumruğu həmişə hazırdır.

Ermənistanın ərazi iddialarını heç kim dəstəkləmək istəmir. Niyə istəmirlər bunu? Çünki, Azərbaycan göstərdi ki, həmişə Ermənistanın bu iştahasının qarşısını alacaq, onun dişinin üstündən vurub geri qaytaracaq. Yəni, ola bilər ki, bu gec, ya tez ola bilər, amma gec-tez bu baş verəcək. Baxın, Azərbaycanın tarixi qələbəsinin əhəmiyyəti bundadır. Yəni, Azərbaycan hamıya, həm Ermənistana, həm Ermənistanın havadarlarına, həm bu regionda müxtəlif geosiyasi maraqları olan dövlətlərin hamısına göstərdi ki, heç vaxt onlar düşünməsinlər ki, Azərbaycan sakitçiliklə, rahatçılıqla oturub torpaqlarının itirilməsinə və ərazilərinin işğalına sakit baxacaq. Gec-tez bunlar bu cavabı alacaqlar. Amma gec olanda daha güc olacaq.


Ruslan  Həsənov
Təsisçi və baş redaktor