Qeyri-neft ixracı 2,2 milyard dolları ötəcək - Nazir
06-okt, 12:21 172 Cəmiyyət2021-2022-ci ilin Azərbaycabn üçün bərpa dövrü olacağını proqnozlaşdırılır.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. O bildirib ki, 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2021-ci ilin eyni dpövründə ÜDM-də 3,6% artım müşahidə olunub:
"2021-ci ilin sonunadək qeyri-neft ixracının 2,2 milyard ABŞ dollarını ötəcəyini proqnozlaşdırırıq. Bu isə indiyə qədər müşahidə olunmayan bir rəqəmdir.
İlin əvvəlindən qeyri-neft ixracının artım tempi 9 ayın nəticələrinə görə 40% yüksəlib. Bu da ümidverici bir göstəricidir".