Şəhid Ümüd Niftəliyevin cənazəsi Naxçıvana yola salındı - Foto
18-noy, 10:55 211 Cəmiyyət
Noyabrın 16-da Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olan leytenant Ümüd Niftəliyevin cənazəsi doğulduğu Naxçıvana yola salınıb.
Bu gün Bakıda Ü.Niftəliyevlə hərbçi yoldaşlarının vida mərasimi keçirilib. Onun cənazəsi hərbi qarovulun müşayiəti ilə Naxçıvan Muxtar Respublikasına yola salınıb. Şəhidimizin nəşi bu gün ailəsinə təhvil veriləcək.
Leytenant Ümüd Niftəliyev Naxçıvanın Babək rayonunun Nehrəm kəndindəndir.


Təhsil - Səhiyyə
daha çoxprev
next