Manaf Manafov: Cənab Prezidentin verdiyi müsahibələrdə ustalıqla sərgilədiyi qətiyyətli mövqe hər bir gənc üçün örnəkdir

Manaf Manafov: Cənab Prezidentin verdiyi müsahibələrdə ustalıqla sərgilədiyi qətiyyətli mövqe hər bir gənc üçün örnəkdir


Pirallahı rayon MKTB-nin rəisi Manaf Manafov - Qarabağ münaqişəsinin sonlandığı andan bəri dünyada tərəflər arasında ciddi informasiya müharibəsi və siyasi həmlələr davam etməkdədir. Elə son baş verən hadisələr bunu bir daha ispat etdi ki, əslində meydanda müharibə bitsə də, informasiya platformalarında olan mübarizəmiz davam edir. Amma bu dəfə əvvəlkindən daha genişmiqyaslı və sistemləşdirilmiş şəkildə özünü sərgiləyir.

Hazırda çağdaş proses və mexanizmlər onu deməyə əsas verir ki, bu istiqamətdə aparılan işlər cəmiyyətin və dünyanın fikir və seçimlərinə daha effektiv təsir qabiliyyətinə malikdir. Əgər Vətən müharibəsi ərzində döyüş meydanları ilə yanaşı sosial media və dünyanın KİV-lərində informasiya sahəsində mübarizəmiz olmasaydı, hazırda dünya ictimaiyyətində Azərbaycana və Ermənistana baxış bucaqları kəskin fərqlənərdi. Dünyada formalaşmış saxta “yazıq erməni” reputasiyasını kəskin şəkildə iflasa uğraması Ali Baş Komandan İlham Əliyevin hər iki cəbhədə rəhbərlik etdiyi mübarizədən qalib ayrılmağımız nəticəsində baş tutdu. Müharibə dövründə parallel şəkildə dünyanıın bir çox böyük media platformalarına Cənab Prezidentin verdiyi müsahibələr və bu müsahibələrdə ustalıqla sərgilədiyi qətiyyətli mövqe və tezislər sosial şəbəkələrdə mübarizəyə qoşulan minlərlə gənclərimiz üçün də örnək və istinad funksiyasını yerinə yetirdi.

Sözümün əvvəlində dediyim kimi müharibə meydanlarda bitsə də fikirlərdə, idealogiyalarda özünü informasiya adlı silahın gücü ilə

davam etdirir. Erməni cəbhəsi isə hər istiqamətdə olduğu kimi bu meydanda da qanunsuzluq və saxtakarlıqla hərəkət etməyə davam edir. Təbii ki, bu əməlləri də cavabsız qalmır. Cənab Prezidentin dünyanın nüfuzlu media platformalarına olan müsahibələri əsnasında sərgilədiyi “master-klass”lar düşmən cəbhəsinə informasiya müharibəsində ağır zərbələr vurmağa davam edir.

Ötən günlərdə dünyanın nüfuzlu media kanallarından biri olan “France-24”-ə Azərbaycan Prezidentinin müsahibəsi bir neçə vacib nüanslarla yadda qaldı. Bu tezisləri təhlil etməyə başlayaq.

Cənab Prezidentin müsahibəsində dəfələrlə olduğu kimi dünyaya yenidən sülh mesajını verdi. Rəsmi Bakının sülh və regionun inkişafı naminə danışıqlara hazır olduğunu qeyd etdi. Sözsüz ki, “France 24” müxbirinin bu barədə ünvanladığı sual Ermənistan baş naziri Nikol Paşinyanının səsləndirdiyi Azərbaycana qarşı olan sərsəm saxta ittihamlardan qaynaqlanmışdır. Müsahibə əsnasında erməni cəmiyyətində sezilən revanşizm meyillərindən söz açan Azərbaycan Prezidenti dünyanı artıq növbəti dəfə bu prosesdən xəbərdar etdi. Burada məsuliyyət artıq Ermənistan hakimiyyətindədir.

Cənab Prezidentin müsahibədə vurğuladığı digər məqam isə beynəlxalq vasitəçilik missiyası ilə bağlı oldu. Prezident sülh danışıqları üçün ATƏT-in MİNSK qrupundan gələcək dialoq təkliflərinə müsbət yanaşdığını bildirdi. Burada isə sual doğuran bir məqam 28 illik fəaliyyəti dövründə uğursuzluqla nəticələnən MİNSK qrupunun yeni danışıqlarda vasitəçilik missiyasının nə qədər uğurlu olub-olmayacağıdır. Həmçinin, belə qənaətə gəlmək olar ki, Azərbaycan Prezidenti əvvəlki dövr ərzində qərəzli mövqeləri və yarıtmaz fəaliyyətləri ilə yadda qalan bu qrupun

mahiyyət və iş mexanizmlərində daha obyektiv dəyişikliklərin aparılmasının labüdlüyünü vurğulayır.

Cənab Prezidentin müsahibədə toxunduğu digər vacib məqam muxtariyyət mövzusu oldu. Burada da hər zaman ki, kimi qətiyyətlə muxtariyyətin müzakirə mövzusu olmadığını dünyaya elan etdi. Xüsusən vasitəçilik missiyası həyata keçirən Minsk qrupunun adını səsləndirən Azərbaycan Prezidenti bu çıxışla əslində gələcək dialoq və sülh danışıqlarının çərçivəsini müəyyənləşdirdi. Bəli muxtariyyətdən söhbət gedə bilməz.

Muxbirin Prezidentin öncəki çıxışları ilə bağlı ünvanladığı provakativ sualı ustalıqla cavablandıran Cənab Prezident tarixi faktla Zəngəzurun tarixi Azərbaycan torpağı olduğunu və Azərbaycanlıların yenidən o torpaqlara tanklarla deyil, maşınlar və təyyarələr ilə yəni siyasi yolla qayıdacağı mesajını verdi. Diqqət yetirsək görərik ki, burada fikir verməli olduğumuz məsələ məntiqi ardıcıllıq olaraq Zəngəzur dəhlizinin istifadəyə verilməsidir. 10 noyabr bəyannaməsində öz əksini tapmış olan dəhlizin açılması məsələsi xalqımızı bu amala daha da yaxınlaşdıracaq. Dəhlizin istifadəsi böyük dövlətlərin də işlərini xeyli asanlaşdıracağını düşünsək bu prosesin baş tutmasına uzun müddətin qalmadığını görə bilərik.

Cənab Prezidentin səsləndirdiyi digər önəmli fikri isə Fransa-Azərbaycan münasibətləri ilə bağlı oldu. Burada verilən iki mesaj diqqət çəkdi. 1. Fransa Minsk qrupunun həmsədri olaraq missiyasını davam etdirmək istəyirsə bitərəf mövqeyini ortaya qoymalıdır. 2. Fransanın 1 il əvvəlki mövqeyini geridə buraxıb sülh naminə yeni əməkdaşlıqlara başlamalıyıq. Düşünürəm ki, burada həll edici rolu oynayan amillərdən biri də gələn ilin aprelində keçiriləcək prezident seçkiləri olacaq. Fransa dövlət

başçısı Makronun son dövrlərdəki uğursuzluqları onu “erməni kartından” istifadə edəcəyi ehtimalını gücləndirir. Bu halda isə cari dönəmdə Fransa - Azərbaycan münasibətlərində xüsusi müsbət dəyişiklərin olmasını gözləmək inandırıcı deyil.

Müsahibədən də ümumi nəticə ortaya çıxartsaq, Cənab Prezident bu müsahibəsində də qətiyyətli çağırışlarının arxasında dayandığını söylədi və mövqeyini daim müdafiə edəcəyini bildirdi. Bir çox istiqamətlərdə gələn provakativ suallara isə məharətlə cavab verərək dünya ictimaiyyətinə vacib mesajlarını ötürdü. Cənab Prezident həmçinin, Azərbaycanın hər zaman sülh və əminamanlığın tərəfində olduğunu və bu niyətdə maraqlı olan bütün tərəflərlə əməkdaşlığa açıq olduğunu elan etdi.