İŞİD Konqo Demokratik Respublikasında terror törətdi: Çox sayda ölən var

İŞİD Konqo Demokratik Respublikasında terror törətdi: Çox sayda ölən var
Konqo Demokratik Respublikasında İŞİD ("İslam Dövləti") tərəfindən dəstəklənən qruplaşmanın hücumu nəticəsində çox sayda insan həyatını itirib.
 Oxu.Az-ın xəbərinə görə, bu barədə "Associated Press" (AP) nəşri insan haqları orqanlarına istinadən məlumat verib.
 "Şərqi Konqoda "İslam Dövləti" ilə əlaqəli silahlıların hücumu nəticəsində ən azı 25 nəfər həlak olub", - deyə xəbərdə bildirilib.
 Konqo Birləşmiş Demokratik Qüvvələrindən hücumla bağlı hələlik açıqlama verilməyib.