“İranla münaqişə 1 ay davam edə bilər”
02-mar, 08:07 11 Dünya
ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin mümkün müddəti barədə danışıb.
“Qafqazinfo” xəbər verir ki, o, bu haqda “Daily Mail” nəşrinə qısa telefon danışığı zamanı deyib:
“Bu, həmişə dörd həftəlik bir proses olub. Təxmin etmişdik ki, təxminən dörd həftə çəkəcək. Nə qədər güclü olsa da, bu böyük bir ölkədir, dörd həftə çəkəcək - ya da daha az”.
Trump həmçinin bildirib ki, İranda hərbi əməliyyatlar davam etdiyi müddətdə yaxın zamanda yenidən xalqa müraciət edə bilər.





