“İranda nüvə silahı aşkar edilməyib”
04-mar, 08:05 3 Dünya
Beynəlxalq Atom Enerjisi Agentliyi İranda nüvə silahına dair heç bir dəlil tapmayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə agentliyin baş direktoru Rafael Qrossi “X” sosial media platformasında bildirib.
“Silah səviyyəsinə yaxın zənginləşdirilmiş uranın əhəmiyyətli ehtiyatları və müfəttişlərimə tam giriş icazəsinin verilməməsi ciddi narahatlıq doğurur”, - deyə o yazıb.





