İran bu ölkədəki ABŞ bazasını hədəf aldı
04-mar, 08:07 3 Dünya
İranın atdığı ballistik raket bu gün ABŞ-nin Əl-Udeyddəki hərbi bazasına düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Qətər Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Tehran ABŞ-İsrail hücumlarına cavab olaraq Körfəzdəki hədəflərə zərbələr endirib.
Rəsmi məlumata əsasən, Qətər ərazisi iki raketlə hədəfə alınıb:
“Hava hücumundan müdafiə sistemləri raketlərdən birini uğurla ələ keçirib, ikinci raket isə heç bir itki vermədən Əl-Udeyddəki Qətər bazasına düşüb”.
Hadisə ilə bağlı əlavə araşdırmaların aparıldığı bildirilir.




