SEPAH ABŞ bazalarına hücum etdi
11-mar, 07:55 0 Dünya
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailə məxsus hərbi obyektlərə qarşı “Əsl Vəd 4” əməliyyatının 36-cı mərhələsini həyata keçirib.
“Qafqazinfo” xəbər verir ki, əməliyyat çərçivəsində bölgədəki Amerika bazaları hədəf alınıb.
Hücumda “Qədr”, “İmad” və “Xeybər Şekan” ballistik raketləri ilə yanaşı, kamikadze dronlardan da istifadə olunub.
Qeyd edək ki, fevralın 28-dən davam edən və Əli Xameneinin ölümü ilə nəticələnən hərbi gərginlik fonunda İran ordusu ABŞ bazalarına əks zərbələr endirməkdə davam edir.





