İnanılmaz fakt: Özbəkistanda qadın 30 ildən çox SSRİ pasportu ilə yaşayıb

İnanılmaz fakt: Özbəkistanda qadın 30 ildən çox SSRİ pasportu ilə yaşayıb
Özbəkistan sakini 30 ildən artıq müddət ərzində SSRİ vətəndaşının pasportu ilə yaşayıb və yalnız martın 14-də respublikanın yeni sənədini alıb.
 Oxu.Az xəbər verir ki, bu barədə Özbəkistan Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 Məlumata görə, 21 dekabr 1972-ci ildə Nurota rayonunda anadan olmuş Onarxol Kubayeva 1992-ci ildə ailə quraraq Payarıq rayonuna köçüb. O, uzun müddət diqqətsizlik və ailə şəraitinin qeyri-kafi olması səbəbindən keçmiş SSRİ pasportu ilə yaşayıb.
 Qeyd olunub ki, qadın əvvəllər nə daxili işlər orqanlarına, nə yerli hakimiyyət nümayəndələrinə, nə də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarına bu məsələ ilə bağlı müraciət edib. Bu səbəbdən sənəd vaxtında dəyişdirilməyib.
 Vəziyyət aşkar edildikdən sonra müvafiq tədbirlər görülüb. Nəticədə 14 mart 2026-cı il tarixində qadına Özbəkistan Respublikası vətəndaşının ID-kartı təqdim olunub.
 Xatırladaq ki, Sovet pasportlarının əvəzinə ilk milli pasportların verilməsi Özbəkistanda 1995-2000-ci illərdə həyata keçirilib. 2011-ci ildən isə ölkədə biometrik pasportların verilməsinə başlanılıb, daha sonra daxili ID-kart sisteminə keçid edilib.
 İnanılmaz fakt: Özbəkistanda qadın 30 ildən çox SSRİ pasportu ilə yaşayıb